Nida Xəbər
Vilyam Hacıyevin işi yenidən Ali Məhkəmədə
İmişlinin məhkum edilmiş sabiq icra başçısı Vilyam Hacıyev kassasiya şikayəti verib.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Vilyam Hacıyev ittihamlarla razılaşmadığından yüksək instansiya məhkəməsindən bəraət qərarı çıxarılmasını xahiş edir.
İş Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.
Bundan əvvəl V.Hacıyevin ailə üzvləri müsadirə edilmiş əmlaklarla bağlı Ali Məhkəməyə müraciət edib. Məhkəmə müsadirə qərarını qanunauyğun hesab edərək qüvvvədə saxlayıb.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma və vəzifə saxtakarlığında təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, onun yaxınlarının adına rəsmiləşdirilmiş 5 milyon manat dəyərində əmlak da müsadirə edilib.
Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.
-
Region12:17İrəvanda turistləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov







.jpg)
.jpg)

_(1).webp)





.jpg)







.jpg)











