Nida Xəbər
Türkiyəli nazir Şəhidlər xiyabanını ziyarət etdi
Türkiyənin ticarət naziri Ömər Bolatın başçılıq etdiyi nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanını ziyarət edib.
Publika.az xəbər verir ki, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Daha sonra Bakıdakı “Türk şəhidliyi” abidəsi ziyarət edilib. Türkiyəli nazir şəhidlərin ruhunu hörmətlə anıb və bildirib ki, onların 105 il öncə göstərdiyi şücaət və qəhrəmanlığın nəticəsi olaraq bu gün də Türkiyə-Azərbaycan qardaşlıq və dostluq münasibətləri uğurla davam edir.
Sonra Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən, Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan qəhrəman və fədakar türk qardaşlarımızın əziz xatirəsi anılıb, abidənin önünə əklil qoyulub, gül dəstələri düzülüb.
-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal24 Aprel 19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat24 Aprel 18:40Bakıda axşam tıxacı
-
Sosial24 Aprel 17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa24 Aprel 16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial24 Aprel 15:47Əli Əsədov əmr imzaladı







.jpg)
































