Nida Xəbər
Cənubi Qafqazda yaranan sülh bəzi qüvvələrə verilən güclü cavabdır - Türkiyə XİN
Cənubi Qafqazda ortaya çıxan sülh və barış mühiti bölgənin əməkdaşlıq və sabitlik hövzəsinə çevrilməsini istəyənlərin tarixdən düşmənçilik yaratmağa çalışan qüvvələrə verdiyi güclü bir cavabdır.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəzi ölkələrin rəsmi şəxslərinin 1915-ci il hadisələrinə dair verdiyi bəyanatlarla bağlı yaydığı yazılı açıqlamada bildirilib.
Açıqlamada bəzi üçüncü ölkə siyasətçilərinin məsələni dar siyasi hesabları üçün istifadə etməyə çalışdıqları və ya öz məsuliyyətlərinin üstünü örtməyə cəhd kimi müşahidə olunduğu ifadə edilib.
Əsrlərboyu birlikdə yaşama mədəniyyətinin ən güclü nümunələrini özündə barındıran Türkiyənin 1915-ci il hadisələrinin ədalətli və elmi bir zəmində araşdırılması məqsədilə arxivlərini açdığı və "Ortaq Tarix Komissiyası" yaradılmasını təklif etdiyi qeyd edilən açıqlamada bu təklifin qüvvədə olduğu xatırladılıb.
"Niyyəti konstruktiv olan üçüncü tərəfləri ortaq və ədalətli bir yaddaşa nail olmağa yönəlmiş səyləri və son dövrdə inkişaf edən konstruktiv dialoq mühitini dəstəkləməyə dəvət edirik", - deyə açıqlamada vurğulanıb.
-
Sosial21:51Azərbaycanda uşaq qidasının tərkibində toksinlər aşkarlandı - Tonlarla məhsul geri qaytarıldı
-
Sosial21:24Paytaxtın iki rayonunun bir sıra əraziləri qazsız qalacaq
-
Magazin120:36Hadise və Gülşen onu məhkəməyə verir
-
İdman20:12Messi "Hörümçək Adam"la birlikdə uçdu - VİDEO
-
İdman19:12“Qarabağ” 1 milyona onu transfer edəcək - FOTO
-
Sosial18:24"Sovetski"də ev qanunsuz sökülüb? - Rəsmi AÇIQLAMA
-
İqtisadi gündəm18:12Dövlət Agentliyi yerli ərzaqlıq buğda ilə bağlı MƏLUMAT YAYDI
-
Region17:45İcbari tibbi sığortanın tətbiqindən sonra Ermənistanda həkimlər bu qədər maaş alır








_(1).jpg)
















.jpg)









