Nida Xəbər
Bayramov Uqanda prezidenti ilə görüşdü
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-də Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 19-cu zirvə görüşündə iştirak məqsədilə Uqandaya səfəri çərçivəsində bu ölkənin prezidenti Yoveri Kaquta Museveni ilə görüşüb.
Publika.az xəbər verir ki, görüş zamanı Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyin Uqandaya təhvil verilməsi xüsusunda təbrikləri Uqandanın dövlət başçısına çatdırılıb, Azərbaycanın öz sədrlik təcrübəsinin Uqanda tərəfi ilə bölüşməyə hazır olduğu bildirilib.
Görüşdə iki dövlət arasında siyasi münasibətlərin müxtəlif istiqamətləri üzrə əsas gündəm mövzuları ətrafında fikir mübadiləsi aparılıb və əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.
Həm ikitərəfli əsasda, həm də BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində əhəmiyyətli məsələlər üzrə əlaqələndirmə və qarşılıqlı dəstək təcrübəsinin davam etdirilməsinin önəmi vurğulanıb.
Azərbaycan-Uqanda ikitərəfli əlaqələrinin inkişafı, iqtisadi, sosial və humanitar sahələrdə təmasların və işgüzar münasibətlərin intensivləşdirilməsinə dair həmfikirlik ifadə olunub.
Görüş zamanı, Ermənistanın ölkəmizə qarşı təcavüzü, qaçqın və məcburi köçkün probleminə toxunularaq, keçmiş münaqişənin tarixçəsi barədə qarşı tərəfə ətraflı məlumat verilib. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsini və sonrakı qısamüddətli antiterror tədbirlərini şərtləndirən amillərdən bəhs olunub. Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət barədə danışılıb.
xxx
Uqandaya işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin Prezidenti Kaquta Museveni ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
Bildirilib ki, görüş zamanı iki ölkə arasında çoxtərəfli əməkdaşlıq gündəliyi və Qoşulmama Hərəkatı Üçlüyü çərçivəsində gələcək planlar müzakirə edilib.
-
Səhiyyə01:11Bu vitamin yüksək dozada qəbul etdildikdə mücüzə baş verir
-
Qoroskop00:00Günün ULDUZ FALI - Uğur qazanmaq şansınız yüksəkdir
-
Rəsmi xronika23 Avqust 23:55Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - VİDEO
-
Art23 Avqust 23:47Azərbaycanın Xalq artisti vəfat etdi - FOTO
-
Rəsmi xronika23 Avqust 23:36"Mirzə Uluqbəy adına məktəb dostluğumuzun və qardaşlığımızın rəmzidir" - VİDEO
-
Hadisə23 Avqust 22:12Bakıda yaşayış binasındakı yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 23 Avqust 21:48İlham Əliyevin şərəfinə verilən dövlət ziyafətinin MENYUSU
-
Elm və təhsil23 Avqust 21:12Füzulidəki məktəbin direktoru Prezidenlərin qarşısında çıxış etdi - VİDEO























.jpg)











