Nida Xəbər
TÜRKPA 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı
Türk Dövlətləri Parlament Assambleyası 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb.
Publika.az xəbər verir ki, qurumun sənədində qeyd olunub:
“SSRİ rəhbərliyinin əmri ilə Bakıda və ətraf rayonlarda dinc əhalinin kütləvi şəkildə qətlə yetirildiyi yanvarın 19-dan 20-nə keçən ən qanlı gecədən 34 il ötür. Sovet qoşunlarının törətdiyi yanvar faciəsi nəticəsində 147 dinc sakin həlak olub, daha 744 nəfər, o cümlədən qadınlar, uşaqlar və qocalar, tibb işçiləri və polis əməkdaşları yaralanıb. 1990-cı ilin faciəli hadisələrinin qurbanları simvolik olaraq “20 Yanvar şəhidləri” adlanır. Ümumilikdə Azərbaycanda 147 “20 Yanvar şəhidi” var.
Qardaş xalqın milli birliyinin və vətənpərvərlik rəmzinə çevrilən bu gündə TÜRKPA Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş oğul və qızlarının xatirəsini ehtiramla yad edir.
Allah şəhidlərin ruhunu şad etsin!”.
-
Magazin118:40Röya Şəbnəm Tovuzlunu səhnədən qovdu - VİDEO
-
Rəsmi xronika17:00ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 16:10Azərbaycan benzini sabahdan Ermənistanda satışa çıxarılacaq: Bu qiymətə
-
Region16:03İŞİD Türkiyəni hədələdi: Yaxın günlərdə bu şəhərlərdə terror törədiləcək
-
Maraq dünyası14:54Gənc qadınla evlənən 87 yaşlı məşhurun oğlu oldu: Əvvəlki övladları ilə... - FOTO
-
Rəsmi xronika13:20Bu ailələrə 200 manat veriləcək - SƏRƏNCAM
-
MDB13:12Rusiya SSRİ-ni bərpa edir? - Kreml rəsmən açıqladı
-
İdman12:30Corcina Ronaldo ilə toyu və brilliant üzük haqqında danışdı: Ən kiçik hədiyyə budur - FOTOLAR

























