Nida Xəbər
Azərbaycan və Türkiyə əleyhinə ittifaq yaradıldı: Bu lobbilər birləşdi
Şimali İraq nəşrlərinin yaydığı xəbərə görə, Ankara İsveçin NATO-ya üzvlük tələbini təsdiqlədikdən və daha sonra ABŞ prezidenti Co Bayden F-16 döyüş təyyarələrinin satışı üçün Konqresdəki nüfuzlu şəxslərə məktub göndərdikdən sonra yunan, erməni, kürd və hind lobbi təşkilatlarının da olduğu bir qrup hərəkətə keçib.
Publika.az xəbər verir ki, təşkilatlar ABŞ-dan F-16 döyüş təyyarələrinin Türkiyəyə satışının qarşısını almağı və ya nəzarətdə saxlamağı tələb edir.
Özünü “Türkiyə üçün döyüş təyyarələrinə yox Koalisiyası” (#NoJetsForTurkey) adlandıran qrup ABŞ federal parlamentinin (Konqresin) hər iki palatasının (Senat və Nümayəndələr Palatasının) xarici əlaqələr komitələrinin rəhbərlərinə məktub göndərərək Türkiyəyə F-16 qırıcı təyyarələri göndərilməsinin detallarının hərtərəfli nəzərdən keçirilməsini tələb ediblər.
Məktubu Yunan Amerika Liderlik Şurası (HALC), Kürdüstanın Amerika Dostları (AFK), Amerika Erməni Milli Komitəsi (ANCA), Hind Amerika Fondu (HAF), Xristian Müdafiə Təşkilatı (IDC) və Yaxın Şərq Forumu (MEF) imzalayıb. Lobbi təşkilatları Ankaranı qırıcı təyyarələrin alınması üçün ABŞ administrasiyası ilə danışıqlar zamanı İsveçin NATO üzvlüyünü ratifikasiya etməkdən sövdələşmə vasitəsi kimi istifadə etməkdə suçalyıb. Onlar “Türkiyənin bu döyüş təyyarələrindən necə istifadə etdiyinə görə cavabdehlik daşıyacaq bir mexanizmin yaradılmasına” çağırıb.
"Türkiyə daha əvvəl Dağlıq Qarabağa hücum etmək üçün Azərbaycana Amerika F-16-larını borc verib, eləcə də Suriyadakı kürd tərəfdaşlarımızı bombalayıb, Yunanıstanın hava məkanını pozub və Yunanıstanın suverenliyini təhdid etmək üçün istifadə edib”-deyə məktubda bildirilir.
Senatorlar Ben Kardin, Jim Risch və Nümayəndələr Palatasının üzvləri Mayk Makkaul və Qreqori Miks kimi şəxslər sövdələşməyə təsir göstərə biləcək simalar sayılır. ABŞ Dövlət Departamenti satışla bağlı Konqresə rəsmi bildiriş göndərdikdən sonra Senat və Nümayəndələr Palatası 15 gün ərzində onun lehinə və ya əleyhinə reaksiya verməlidir.
C. Quliyev
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi







































.jpg)
