Sosial
Bakıda binanın önünə qoyulub, amma 127 minə satılır - FOTO
Bakıda köhnə avtomobillərin 80-100 min manata satıldığı müşahidə olunur. Bura “06”, “07”, 1990-cı illərin “Mercedes” modelləri də daxildir. Bəzən binanın qarşısında illərdir çürüməkdə olan VAZ markalı avtomobilin yüksək qiymətə satışa çıxarıldığı görünür.
Bəs bunun səbəbi nədir? Həmin avtomobillər hazırda uzun məsafəli səfərlər üçün nə dərəcədə təhlükəsizdir?
Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov deyib ki, baha satılan bu avtomobillər retro sinfinə aiddir:
“Onun digər avtomobillərdən fərqi daha koloritli və keçmişə aid olması ilə əlaqədardır. Bu gün retro avtomobillərin istifadəsi, necə deyərlər, fəxarətlə qeyd olunan bir tendensiyadır. Ona görə ki retro avtomobillər sinfi bahalı avtomobillər tipinə aiddir”.
Ekspert bildirib ki, bu avtomobillərin istismarı da bahalıdır, onların funksionallığı, ehtiyat hissələri, əl işləri və sair də əlavə xərc tələb edir:
“Bu səbəbdən də həmin avtomobillər sahibləri tərəfindən adətən baha satılır. Daha qədim, daha koloritli avtomobillərin istismarı prestij sayılır. Prestij sayıldığı üçün də belə bahadır”.

-
Hadisə08:41Qazaxda partlayış baş verdi: Xəsarət alanlar var - Foto/Video
-
Dünya08:24Kosmosda nəhəng “beyin” yaradılır: “SpaceX”ə bir milyon peyk üçün icazə verildi
-
Magazin107:35Bu il onları itirdik...
-
İdman07:15Qvardioladan Ronaldonun karyerası ilə bağlı diqqətçəkən təklif
-
Qoroskop02:18Günün ulduz falı: gözlənilməz bir zəng günün axarını dəyişəcək
-
İdman02:00Nazirlər “Sabah” - “Barselona” oyununu izlədilər - Foto/Video/Yeniləndi
-
Hadisə25 Noyabr 23:55Azərbaycanda vulkan püskürdü
-
İdman25 Noyabr 23:37"Sabah" "Barselona"ya məğlub oldu - Yeniləndi






.jpg)


















.jpg)













