Nida Xəbər
Qəhrəmanmaraşda inşa edilən Azərbaycan məhəlləsi - VİDEO
Türkiyənin Qəhrəmanmaraş şəhərində inşa edilən Azərbaycan məhəlləsində işlər sürətlə davam etdirilir.
Publika.az xəbər verir ki, Azərbaycanın 100 milyon dollarlıq dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində artıq bir neçə binanın təməli qoyulub.
Digər binalar üçün hazırlıq gedir, zəmin möhkəmləndirilir. Buradakı binaların zəlzələyə dayanıqlı olmasına xüsusi önəm verilir. Tikintidə yüksək keyfiyyətli materiallardan istifadə olunur.
Qeyd edək ki, Prezident İlham Əliyev bu il noyabrın 22-də 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə qanunu imzalayıb.
Xatırladaq ki, ötən il fevralın 6-da Türkiyənin cənub-şərqindəki Qəhrəmanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ olub.
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO
-
Nida Xəbər 11:27General qızından şikayətçi olanın kimliyi bilindi
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO
-
Ekologiya10:16Yer kürəsində sakitlik olacaq - Düz bir həftə
-
Nida Xəbər 09:27General Natiq Əliyevin qızı saxlanıldı
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil


































