Nida Xəbər
Azərbaycanla Ermənistan qaz kəmərlərini bərpa edirlər? - İrəvan açıqladı
Ermənistan və Azərbaycan qaz kəmərlərinin bərpası məsələsini hələlik müzakirə etməyiblər.
Publika.az xəbər verir ki, bu barədə “Suputnik Ermənistan”ın sorğusuna cavab olaraq Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat verib.
“Məlumat veririk ki, Azərbaycan tərəfi ilə bu məsələ haqda heç bir müzakirə aparılmayıb”, - nazirlik qeyd edib.
“Bu ərazilərin bərpası xərclərinə gəlincə, bu da hələ müzakirə olunmayıb”, - nazirlik əlavə edib.
2023-cü ilin oktyabrında Ermənistanın Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hakob Vardanyan bildirmişdi ki, siyasi məsələlər həll olunarsa, Ermənistan Azərbaycandan qaz kəmərlərini bərpa etməyə hazırdır.
Nazirliyin bəyanatında qeyd olunur ki, Ermənistan və Azərbaycanın qaz nəqli sistemləri bir-birinə aşağıdakı magistral qaz kəmərləri vasitəsilə birləşdirilib:
Qazax-İrəvan, diametri 1000 mm, 6 km bərpa edilməlidir;
İliçevsk-İrəvan, diametri 700 mm, 22 km bərpa edilməlidir;
Gorus-Naxçıvan, diametri 700 mm, 16,5 km bərpa olunur.
Tural
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO
-
Nida Xəbər 11:27General qızından şikayətçi olanın kimliyi bilindi
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO
-
Ekologiya10:16Yer kürəsində sakitlik olacaq - Düz bir həftə
-
Nida Xəbər 09:27General Natiq Əliyevin qızı saxlanıldı
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil


































