Nida Xəbər
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 29-da yola salınıb.
Publika.az xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 153 nəfər köçürülür.
Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 33 ailə (131 nəfər) paytaxtın Qaradağ rayonundan yola salınıb.
Yevlax şəhərində, Füzuli və Şamaxı rayonunlarında məskunlaşmış 6 ailə (22 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşulacaq.
Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə köçürülən ailələrin ümumi sayı 822-yə (3132 nəfər) çatacaq.
-
Sosial21:36Tural Kərimova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:36Aila avto qəzadan sonra ilk layihəsini təqdim etdi - VİDEO
-
Sosial20:24“İlham baba mənə “KamAZ” göndərdi” - VİDEO
-
Elm və təhsil20:12İngilis dili müəllimi qüsursuz nitqi ilə diqqət çəkdi - VİDEO
-
Sosial19:36Nazim İsayevə yeni vəzifə verildi
-
Magazin219:12Məşhur rejissor insult keçirdi - FOTO
-
Region19:00Türkiyədə güclü zəlzələ baş verdi
-
İdman18:24Ayxan Abbasovdan ayrılıq açıqlaması - İlk dəfədir ki…


































