Nida Xəbər
Desantlarımız terrorçu qrupun rəhbərini belə ələ keçirdi - Video
Azərbaycan desantları Türkiyənin Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2026" ("Anadolu Ankası - 2026") beynəlxalq axtarış-xilasetmə təlimində şərti terrorçunu zərərsizləşdirib və qrup rəhbərini ələ keçirib.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlim planına uyğun olaraq keçirilən brifinqlərdə iştirakçılara təhlükəsizlik qaydaları, icra olunacaq tapşırıqların mərhələləri, həmçinin əməliyyatların aparılacağı ərazinin relyefi və iqlim xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Tapşırığa əsasən, şərti qəzaya uğramış pilotun aşkarlanması və xilas edilməsi məqsədilə paraşüt-desant və axtarış-xilasetmə bölmələri tərəfindən kompleks əməliyyat icra olunub. Helikopter vasitəsilə əraziyə cəlb edilən paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri "fast rope" üsulu ilə eniş edərək binada mövqe tutmuş şərti terrorçu qrupu zərərsizləşdirib və qrup rəhbərini ələ keçiriblər.
Əməliyyatın növbəti mərhələsində ərazi üzərində tam nəzarət təmin edilib, pilot təhlükəsiz şəkildə təxliyə olunub. Tapşırığın uğurla icrasından sonra şəxsi heyət helikopter vasitəsilə ərazini tərk edib.
Eyni zamanda, əməliyyata cəlb olunan aviasiya vasitələri qruplara havadan mühafizə və atəş dəstəyi göstərərək tapşırıqların effektiv icrasına köməklik göstərib.
İcra olunan fəaliyyətlər zamanı şəxsi heyətin yüksək peşəkarlığı, eləcə də bölmələr arasında qarşılıqlı fəaliyyət və koordinasiyanın yüksək səviyyədə olduğu nümayiş etdirilib.
Qeyd edək ki, beynəlxalq təlim aprelin 17-dək davam edəcək.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar
-
Magazin128 İyul 22:125 milyon baxışı olan mahnını yutubdan sildirdi
-
Qoroskop28 İyul 19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman28 İyul 18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı




































