Nida Xəbər
Leyla Əliyeva Berlində bir sıra görüşlər keçirdi - FOTO
![](https://publika.az/storage/2024/05/25/4aa5bd53-6859-3d57-a9a4-e3d3d7f4fd35_850.jpg?v1719384838)
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Beynəlxalq biomüxtəliflik günü ərəfəsində Berlinə işgüzar səfəri çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzində İDEA İB-nin təşkilatçılığı ilə keçirilən “Təbiətə qayıdış: Azərbaycanda zubr populyasiyasının bərpası” adlı tədbirdə iştirak edib.
Publika.az xəbər verir ki, tədbirdə çıxış edən Leyla Əliyeva, eləcə də Berlin Zooparkının direktoru Andreas Knirim və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Almaniya nümayəndəliyinin konservasiya üzrə müdiri Katrin Samson tədbirin əhəmiyyətindən bəhs edib, ölkəmizdə zubr populyasiyasının bərpası və inkişafı üzrə görülən işlərin vacibliyini iştirakçıların diqqətinə çatdırıblar. Tədbirdə həmçinin bu sahədə görülən işlərə həsr olunmuş film və fotosərgi nümayiş etdirilib.
Leyla Əliyeva səfər çərçivəsində “Michael Succow” Fondunun təsisçisi Maykl Sukkov, Lissabon Zooparkının Zoologiya və veterinar şöbəsinin müdiri Ruy Bernardino, eləcə də Andreas Knirim və Katrin Samson ilə ayrıca görüşlər keçirib, təbiəti mühafizə, canlı aləmin konservasiyası və bərpası sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb. Sonuncu görüş zamanı Bakı və Berlin Zooparkları arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memoranduma əsasən, zooparklar öz aralarında məlumat, bilik və təcrübə mübadiləsi keçirəcək, habelə əməkdaşlar üçün birgə təlimlər təşkil edəcəklər.
Qeyd edək ki, ötən əsrin əvvəllərində ölkəmizdə nəsli kəsilmiş zubr populyasiyasının vəhşi təbiətə reintroduksiyası məqsədilə 2012-ci ildən etibarən İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin birgə tərəfdaşlığı çərçivəsində uğurla həyata keçirilməkdə olan layihə nəticəsində hazırda Şahdağ Milli Parkının ərazisində 61 başdan ibarət zubr populyasiyasının bərpasına nail olunub.
![](https://publika.az/storage/2024/05/25/279ece3b-26e3-37a3-a641-78b111230459.jpg)
![](https://publika.az/storage/2024/05/25/4aa5bd53-6859-3d57-a9a4-e3d3d7f4fd35_850.jpg)
![](https://publika.az/storage/2024/05/25/4134ece6-2c82-3cc3-a7fd-8184f1b6d492.jpg)
![](https://publika.az/storage/2024/05/25/whatsapp_image_2024-05-25_at_12.53.21_(1).jpg)
![](https://publika.az/storage/2024/05/25/whatsapp_image_2024-05-25_at_12.53.21.jpg)
![](https://publika.az/storage/2024/05/25/whatsapp_image_2024-05-25_at_12.53.20.jpg)
![](https://publika.az/storage/2024/05/25/whatsapp_image_2024-05-25_at_12.53.22.jpg)
![](https://publika.az/storage/2024/05/25/whatsapp_image_2024-05-25_at_12.53.22_(1).jpg)
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Sosial09:55
Azərbaycanda Aİ-95 markalı benzin ucuzlaşacaq?
-
Avropa08:12
Şahzadə Diananın valideynlərinin evi bu qiymətə satılır - FOTO
-
Səhiyyə07:47
Diş çıxaran dərman bu tarixdə satışa çıxarılacaq
-
Ekologiya07:17
Havanın temperaturu enəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Sosial06:46
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
-
ABŞ05:15
Assanj "WikiLeaks"ə məlumatları məhv etməyi ƏMR ETDİ
-
Sosial03:43
Xəyanətin psixoloji markerləri: bu kişilər aldatmağa meyillidirlər
-
Magazin102:42
Xalq artistlərinin rəqsi gündəm oldu - VİDEO