Nida Xəbər
Azərbaycanda heyvanların mühafizəsi ilə bağlı qanuna dəyişiklik edilə bilər
Azərbaycanda heyvanların mühafizəsi ilə bağlı qanuna dəyişikliklər təklif olunur.
Publika.az xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsində sözügedən qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihənin Azərbaycanda heyvanlar aləminin mühafizəsi sahəsində təkmilləşdirmələrin aparılması, habelə qanunvericilikdə cərimələrlə bağlı ziddiyyətlərin aradan qaldırılması məqsədilə hazırlandığı bildirilib.
Dəyişikliklərə əsasən, heyvanlar aləmi haqqında qanunvericiliyin pozulmasında təqsiri olan şəxslər, o cümlədən heyvanlarla rəhmsiz rəftar etdikdə, yəni onlara ağrı, əzab, işgəncə verilməsi, onların döyülməsi və döyüşdürülməsi nəticəsində onları şikəst və ya tələf etdikdə, rəhmsiz rəftarı nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törətdikdə, belə rəftarı təbliğ etdikdə və ya belə rəftara açıq çağırışlar etdikdə və bu cür rəftarı özündə əks etdirən materialları kommersiya məqsədləri üçün istifadə etdikdə qanunvericilik ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Qanun layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
-
Dünya00:45İsraildə bu şəxslər edam ediləcək - Yeni qanun
-
Elm və təhsil00:25Bu gündən bütün məktəblərdə dərs başlayır
-
Ekopublika.az30 Mart 22:32Toy etmək daha baha başa gələcək? - Restoran sahiblərindən qiymətlərlə bağlı açıqlama
-
İdman30 Mart 19:00Bu göstəricidə Messinin öldürücü üstünlüyü: Ronaldo 4-cüdür
-
Region30 Mart 18:36İrandan Türkiyəyə daha bir raket hücumu
-
İdman30 Mart 15:43Ulduz futbolçunun kosta-rikalı gözəli - FOTOLAR
-
Yaxın Şərq30 Mart 15:10"Onlar yalvarırlar": İranın rəqibləri Tehrandan görün nə tələb edir
-
Sosial30 Mart 14:00Rasim Balayevin maraqlı videosu yayıldı: “Dədə Qorqud”da şirlə çəkildiyi səhnə…









.jpg)
























