Nida Təhlil
"Azərbaycan-İtaliya münasibətləri strateji və uzunmüddətli tərəfdaşlıq modelinə çevrilib"
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə İtaliya Respublikasının Nazirlər Şurasının sədri Ciorcia Meloni arasında 4 may tarixində Bakıda keçirilmiş yüksək səviyyəli görüş və mətbuata verilən bəyanatlar bir daha göstərdi ki, bugün Azərbaycan–İtaliya münasibətləri çoxşaxəli, strateji və uzunmüddətli tərəfdaşlıq modelinə çevrilib. Səfərin mahiyyəti, aparılan müzakirələrin məzmunu və verilən siyasi mesajlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və etibarlı tərəfdaş imicinin növbəti təsdiqidir.
Bu gün Azərbaycan ilə İtaliya arasında formalaşmış münasibətlər siyasi dialoqdan iqtisadi əməkdaşlığa, enerji təhlükəsizliyindən müdafiə sənayesinə, investisiya layihələrindən təhsil və humanitar əlaqələrə qədər geniş istiqamətləri əhatə edir. Xüsusilə İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı kimi mövqeyini qoruması, enerji sahəsində qarşılıqlı etimada əsaslanan əməkdaşlığın ildən-ilə genişlənməsi ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolun bariz göstəricisidir.
Müzakirələr zamanı enerji əməkdaşlığının yeni mərhələyə keçidi, xüsusilə TAP layihəsinin imkanlarının genişləndirilməsi istiqamətində aparılan fikir mübadiləsi Azərbaycanın Avropanın enerji xəritəsində strateji mövqeyinin daha da güclənəcəyindən xəbər verir. Azərbaycanın etibarlı enerji təchizatçısı kimi qazandığı nüfuz bu gün artıq geosiyasi sabitlik amilinə çevrilməkdədir.
Eyni zamanda, hərbi-texniki əməkdaşlıq istiqamətində müzakirə olunan yeni təşəbbüslər xüsusi diqqət çəkir. Bu istiqamətdə texnologiya, maliyyə və istehsal imkanlarının birləşdirilməsi gələcəkdə iki dost ölkə arasında sənaye kooperasiyasının yeni modelini formalaşdıra bilər.
İtaliya şirkətlərinin Azərbaycanda, xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi layihələr postmünaqişə dövründə beynəlxalq biznes dairələrinin Azərbaycana olan yüksək etimadını göstərir. Bu, həm də Azərbaycanın regionda quruculuq, bərpa və inkişaf gündəliyinin beynəlxalq tərəfdaşlar tərəfindən dəstəkləndiyini nümayiş etdirir.
Təhsil sahəsində əməkdaşlığın dərinləşməsi, Bakıda fəaliyyətə başlayan İtaliya–Azərbaycan universitetinin qısa müddətdə ciddi maraq doğurması isə iki ölkə arasında strateji münasibətlərin gələcək nəsillər üzərindən daha da möhkəmləndirilməsinə xidmət edən mühüm addımdır.
Hesab edirəm ki, Azərbaycan bu gün Avrasiya məkanında siyasi, iqtisadi və geostrateji gündəliyi formalaşdıran dövlətlərdən biridir. İtaliya ilə münasibətlərin bu səviyyəyə yüksəlməsi isə ölkəmizin həyata keçirdiyi müstəqil, prinsipial və uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir.
Fatma Yıldırım
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur


















.jpg)
















