Nida Xəbər
Onların hüquqları pozulub... - Adrian Martinez
Qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ədaləti təmin etmək və iqlim dəyişikliyinin qarşısını almaq üçün qlobal iqlim konfranslarında iştirak edirlər.
Publika.az xəbər verir ki, bunu “La Ruta del Clima” qeyri-hökumət təşkilatının direktoru Adrian Martinez Blanka bu gün Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iqlim problemləri, zərərin ödənilməsi və insan hüquqları mövzusunda keçirilən mətbuat konfransında bildirib.
O, təqsirkarların məsuliyyətə cəlb olunacağına ümidvar olduğunu deyib:
"Onlar götürdükləri öhdəliklərə və təxirəsalınmaz tədbirlərin qəbul edilməsinin vacibliyinə baxmayaraq, qalıq yanacaqdan istifadəyə görə mənfəət əldə etmək üçün problemlərin həllini təxirə salmağa çalışırlar. Lakin biz burada insanların maraqlarını və təbiəti qorumaq üçün buradayıq".
Təşkilatın rəhbəri, həmçinin deyib ki, dəyişikliklər və məsuliyyətli qərarlar qəbul etməyin vaxtı gəlib çatıb:
"İnsanlara artıq sözlər lazım deyil. Onların hüquqları pozulub, insanlara konkret və vaxtında verilən qərarlar lazımdır. Biz bunu dəyişməliyik. Məsuliyyət, ədalət və iqlim dəyişikliyi ilə mübarizənin vaxtı yetişib".
-
Region01:11Fulya Öztürk Leyla Əliyeva ilə bir arada - VİDEO
-
Magazin200:30Türk aparıcı 11 saat qaranlıq qutuda qaldı
-
Magazin214 Noyabr 22:48Emma kameralar qarşısında yıxıldı - FOTO
-
Art14 Noyabr 22:00Qızından sabiq nazirlə bağlı paylaşım - FOTO
-
İdman14 Noyabr 21:24Sambo üzrə idman ustası başından güllələndi
-
İdman14 Noyabr 21:12Futbol matçında dava: Vitse-prezident rəqiblə əlbəyaxa oldu
-
Sosial14 Noyabr 21:00Ramiz Mehdiyevin qızının vəkili həbs edildi
-
İdman14 Noyabr 20:36Dünya çempionu prezidentliyə namizəd oldu
























.png)











