Nida Xəbər
COP29 bunun üçün ən mühüm platformadır - UNIDO nümayəndəsi
"COP29 iqlim dəyişikliyi ilə mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsi üçün ən mühüm platformadır, eyni zamanda o, ekoloji təmiz iş yerlərinin açılmasını təmin edən, cəmiyyətin rifahını yüksəldən və uzunmüddətli sabitliyə töhfə verən dayanıqlı iqtisadiyyatın yaradılmasına kömək edir".
Publika.az xəbər verir ki, bu sözləri BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) baş direktorunun müavini və Texniki Əməkdaşlıq və Davamlı Sənaye İnkişafı Direktorluğunun idarəedici direktoru Zou Siyong bu gün Bakıda COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişaf, daxili inkişaf və sistemli dəyişikliklər üçün innovasiyalar üzrə yüksək səviyyəli sessiyada bildirib.
"Biz burada, Bakıda atılan addımlardan və iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsinin təmin edilməsinə və COP29-da sədrliyin iddialı fəaliyyət proqramının təşviqinə göstərilən diqqətdən ruhlanmışıq. UNIDO daha geniş iqlim gündəliyi ilə uzlaşan dayanıqlı sənaye təcrübələrini təşviq etməklə enerji toplanması, yaşıl enerji, dəhlizlər və hidrogendən istifadə sahəsində təşəbbüslərin həyata keçirilməsinə töhfə verməyə çalışır", - o, qeyd edib.
İdarəedici direktor bütün maraqlı tərəfləri əməkdaşlığa çağırıb: "İdeyalarınızı səbirsizliklə gözləyirəm. Dayanıqlı gələcək naminə birgə iş, şübhəsiz ki, planlaşdırdığımız məqsədlərə çatmaqda önəmli rol oynayacaq".
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı






.jpg)



.jpg)










.jpg)

.jpg)














.jpg)