Nida Xəbər
Fatma Yıldırım: "Bütün bunlar qardaşlığın parlaq nümunəsidir"
“Azərbaycan dövləti öz gücünə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etdikdən sonra qarşıda dayanan əsas vəzifə həmin ərazilərin bərpa olunmasıdır. Ötən dörd il ərzində bu istiqamətdə mühüm işlər həyata keçirilib. Bu dövrdə Böyük Qayıdış proqramı çərçivəsində minlərlə keçmiş köçkün doğma yurdlarına qayıdıb. Eləcə də, həmin ərazilərdə yeni müəssisələr yaradılır ki, bu da doğma yurdlarına qayıdan əhalinin məşğulluğunun təmin edilməsi üçün vacib addımdır”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Qarabağın və Şərqi Zəngəzurun bərpasında Azərbaycana dost və qardaş ölkələr də fəal iştirak edirlər. Bu baxımdan, Türkiyənin müvafiq şirkətlərinin yaxından iştirakı təqdirəlayiqdir. Bundan əlavə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan tərəfindən də bir sıra işlər görülüb ki, bütün bunlar xalqımız tərəfindən dəyərləndirilir. Eləcə də, Füzuli şəhərində Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına orta məktəb və Qazaxıstan tərəfindən Kurmanqazı adına Yaradıcılıq Mərkəzi tikilib istifadəyə verilib. Qırğızıstan isə Ağdamda orta məktəb inşa edir. Bütün bunlar qardaşlığın parlaq nümunəsidir.
Millət vəkilinin sözlərinə görə, Özbəkistan tərəfindən növbəti qardaşlıq nümunəsi Xankəndi şəhərində tikiş fabrikinin tikilib istifadəyə verilməsi oldu. O qeyd edib ki, noyabrın 13-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin COP29-da iştirak edən Özbəkistan Prezidenti cənab Şafkat Mirziyoyevlə görüşü zamanı Xankəndi şəhərində tikiş fabrikinin videobağlantı vasitəsilə açılışını etdilər.
"Azərbaycanla Özbəkistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Münasibətlərimiz artıq müttəfiqlik səviyyəsindədir. Xalqlarımız arasında əlaqələrin tarixi qədimdir. Sevindirici haldır ki, hazırda dövlət başçılarımızın iradəsi əsasında iki ölkənin əməkdaşlığı ən yüksək səviyyəyə çatıb. Xankəndi şəhərində tikiş fabrikinin inşası da Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Müəssisə həm yerli, həm də Özbəkistan xammalı əsasında fəaliyyət göstərəcək. Regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək fabrikdə istehsal olunacaq məhsulların 80 faizi müxtəlif ölkələrə ixrac ediləcək. Ərazisi 1,2 hektar olan fabrikdə ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal ediləcək. Ümumilikdə burada 800 iş yeri yaradılacaq. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 250 nəfər hazırda işlə təmin olunub. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabriki iki ölkə arasında uğurlu əməkdaşlığın rəmzi olaraq ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar açır", - deyə Fatma Yıldırım vurğulayıb.
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial26 Dekabr 17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı