Nida Xəbər
Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin layihəsinə baxıldı
Noyabrın 20-də Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə baxılıb.
Publika.az xəbər verir ki, iclasda Milli Məclis sədrinin müavini Musa Qasımlı büdcə layihəsinin qanunvericiliyə uyğun tərtib edildiyini, 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetə, qarşıya qoyulan hədəflərə cavab verdiyini bildirib. O vurğulayıb ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi büdcə layihəsində xüsusi yer tutur.
Musa Qasımlı qeyd edib ki, dövlətimizin müdafiəsi, milli təhlükəsizliyi və inkişafı bir-biri ilə sıx şəkildə bağlı olduğundan büdcə layihəsində müdafiə və təhlükəsizliyə ayrılan vəsaitlərin artırılması ümummilli maraqlarımızın təmin edilməsinə yönəldilib. Həmçinin layihədə sosialyönümlü xərclərin artırılması əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir.
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov diqqətə çatdırıb ki, növbəti ildə dövlət büdcəsinin gəlirləri 5,3 faiz artırılaraq 38 milyard 316 milyon manat, xərcləri isə 4,1 faiz artırılaraq 41 milyarda 367,6 milyon manat proqnozlaşdırılır.
Qeyd edilib ki, 2025-ci ildə də sosialyönümlü xərclər prioritet təşkil edəcək. Əməkhaqqı, pensiya və sosial müavinətlər, ünvanlı sosial yardım və təqaüd xərcləri üzrə minimum əməkhaqqı, minimum pensiya, minimum ehtiyac meyarı, yaşayış minimumunun artımları üçün müvafiq məbləğdə vəsait nəzərdə tutulub.
Gələn ilin büdcəsində məişət zorakılığına, insan alverinə, erkən nikaha məruz qalmış şəxslər, sağlamlıq imkanları məhdud olan şəxslər və onların ailə üzvləri ilə sosial-psixoloji, pedaqoji işin təşkili, həmçinin uşaq və ailələrə dəstək mərkəzlərinin saxlanılması ilə bağlı tədbirlər üçün 7,4 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
Sonra elm və təhsil naziri Emin Əmrullayev çıxış edib, 2025-ci ilin dövlət büdcəsində elm və təhsilə ayrılan vəsaitlərlə bağlı fikirlərini bölüşüb. Son ildə tikilən və təmir edilən məktəb binaları və məktəbəqədər təhsil müəssisələri barədə məlumat verən nazir bildirib ki, növbəti ildə təhsil xərcləri üçün ayrılmış vəsaitin 2 milyard 395 milyon manatı və ya 47,5 faizi ümumi təhsil xərcləri üçün nəzərdə tutulub.
Tədbirdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov gələn il üçün dövlət büdcəsi gəlirlərinin və xərclərinin, habelə büdcə kəsiri və kəsirin maliyyələşdirilməsinin təhlilini təqdim edib.
İclasda Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov çıxış ediblər.
Çıxışlarda gələn ilin büdcə layihəsində elm və təhsilə ayrılan xərclərin artırılması təqdirlə qarşılanıb, aqrar sahəyə ayrılan xərclərin məqsədəmüvafiq olduğu, ailələrin, uşaqların sosial müdafiəsi, sosial xidmət müəssisələrinin saxlanılması kimi tədbirlərin önə çəkilməsi yüksək dəyərləndirilib.
İclasda Aqrar siyasət komitəsi sədrinin müavini Razi Nurullayev, Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, deputatlar Bəxtiyar Əliyev, Şahin Seyidzadə, Aydın Hüseynov, Elçin Mirzəbəyli, Ceyhun Məmmədov, Mehriban Vəliyeva, Günay Ağamalıyeva, Vasif Qafarov çıxış ediblər, 2025-ci ilin büdcə layihəsi barədə fikirlərini bildiriblər.
Sonda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı