Nida Xəbər
Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları birgə təlimdə - FOTO
2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan və Türkiyənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə qardaş ölkədə “SAT-SAS-2024” birgə təlimi keçirilir.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.
Türkiyənin Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən birgə təlimdə dəniz xüsusi təyinatlıları hədəf gəmilərinin zəbt edilməsi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib.
Təlimin növbəti günlərində plana əsasən, hər iki ölkənin xüsusi təyinatlı bölmələri quru və dəniz döyüş taktikalarının işlənməsi, helikopterdən enmə üsullarının yerinə yetirilməsi, şərti sahil ərazisinin zəbt edilməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər.
Birgə təlim noyabrın 29-dək davam edəcək.



-
İdman06:46Məhkəmə sabiq futbolçu ilə bağlı həbs qərarı verdi
-
Magazin206:16Güllünü öldürməkdə ittiham edilən qızı saxlanıldı
-
MDB04:14Daha bir güclü zəlzələ Rusiyanı SİLKƏLƏDİ
-
Qoroskop01:41Günün ULDUZ FALI - Sevgi həyatında romantika artır
-
Dəb01:11Bu rəngli çəkmələr qışda TREND OLACAQ - FOTO
-
Magazin100:00Vüsalə Əlizadə rəqiblərinə MEYDAN OXUDU
-
İdman9 Dekabr 23:48Vanda Nara keçmiş əri ilə görüşdü - FOTO
-
Hadisə9 Dekabr 22:40Bakıda villada partlayış zamanı həlak olan Yadigarın FOTOSU





























.jpg)







