Nida Xəbər
Hacıyevlə Qriqoryan eyni studiyada - “Münaqişə səhifəsi bağlanıb, əsl sülh hökm sürür”
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Euronews telekanalına birgə müsahibə veriblər.
Publika.az xəbər verir ki, bu barədə News.am məlumat yayıb.
Müsahibə zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib ki, Ermənistan və Azərbaycan liderləri bölgədə sülh və sabitliyi təmin etməyin yollarını düşünürlər ki, bu da sülhün institusionallaşdırılması və irəliləyişin müzakirəsinə səbəb olub.
"Uğur böyükdür və bunu qeyd edirik. Hər bir münaqişədə tərəflər bir-birinə etibar etmir, lakin biz bu istiqamətdə işləyirik.
Regional iqtisadi layihələrin həyata keçirilməsi qarşılıqlı asılılığı gücləndirəcək, sülhü möhkəmlədəcək və hər iki cəmiyyətə iqtisadi fayda gətirəcək.
Hazırda "Tramp marşrutu"nun həyata keçirilməsi ABŞ ilə fəal şəkildə müzakirə olunur", — deyə o vurğulayıb.
Hikmət Hacıyev isə qeyd edib ki, Ermənistan və Azərbaycan üçün Brüsseldə görüşmək yaxşı bir fürsət olub və bundan sonra iki ölkə liderləri fərqlilikləri kənara qoyaraq sülh istiqamətində hərəkət etməyə qərar veriblər.
"Birgə sülh prosesi qlobal münaqişə və müharibələr kontekstində uğur nümunəsidir.
Bu münaqişə səhifəsi bağlanıb, əsl sülh hökm sürür. Azərbaycan Ermənistanla birlikdə bölgənin geniş iqtisadi inkişafına başlayır, bu, hər iki ölkənin xeyrinədir.
Vaşinqtonda əldə olunan razılaşma iki ölkə arasında "Tramp marşrutu"nun həyata keçirilməsinə səbəb olacaq və bu, Avraziya qitəsinin nəqliyyat xəritəsini tamamilə dəyişdirəcək", - deyə Hacıyev bildirib.
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü















.jpg)






















