Nida Xəbər
Qərbi Azərbaycandakı qardaşlarımız torpaqlarına qaytarılmalıdır
![](https://publika.az/storage/2023/02/04/samil-ayrim.jpg?v1736880626)
Türk və Azərbaycan millət vəkilləri olaraq qardaşlıq bağlarımızı gücləndirmək üçün buradayıq.
Publika.az xəbər verir ki, bunu “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.
Şamil Ayrım bildirib ki, xalqlarımız hər zaman bir-birinin yanında olub:
“Başda Qarabağ Zəfəri olmaqla, hər bir sahədə bu həmrəyliyi görmək mümkündür. 1918-ci ildə Nuru Paşanın qardaşları ilə birlikdə Bakını xilas etdiyi kimi, bu mübarizədə Türkiyə hər zaman Azərbaycanımızın yanında olub. Eləcə də Qarabağ savaşında da Türkiyə Azərbaycanla həmrəy olub. Öz dövlətlərinin torpaqlarını qanla sulayan şəhidlərimizə Allah rəhmət etsin. Şükürlər olsun ki, bu gün Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Çox xoşbəxtik ki, bu gün müstəqil Azərbaycan Respublikasında bir yerdəyik”.
O, sabah Xankəndini, Xocalını görəcəklərini söyləyib:
“Orada ermənilərin törətdiyi qətliamı yad edəcəyik və bunları heç vaxt yaddan çıxarmayacağıq. Sabah eyni zamanda Qarabağda aparılan bərpa quruculuq işləri ilə tanış olacağıq. Ermənilər tərəfindən minalanmış ərazilər artıq minalardan təmizlənir”.
Şamil Ayrım 24 saatlıq antiterror əməliyyatlarında bir erməninin belə burnunun qanamadığını xatırladıb:
“Prezident İlham Əliyev bizim qanunlarla yaşamaq istəyən hər kəsin burada qala biləcəyini bəyan etdi. Qərbi Azərbaycandakı qardaşlarımız 1988-ci ildə öz evlərindən qovulub. Bu vətəndaşlarımız beynəlxalq qanunvericiliklə öz torpaqlarına qaytarılmalıdır. Qərbi azərbaycanlıların öz torpaqlarına qaytarılmasından ermənilər narahat olmamalıdır. Bu məsələ də bugünkü iclasın protokolunda qeyd olunsun".
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Magazin122:48
Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi - FOTO/VİDEO
-
Sosial22:36
"TikTok"da şantaj olunan qadının NİŞANI POZULDU, sonra... - İDDİA/VİDEO
-
Art22:00
Şəfiqə Məmmədovanın YENİ FOTOSU
-
Səhiyyə21:36
İnsult riskinin müəyyən edilməsi üçün İNQİLABİ KƏŞF
-
Hadisə21:00
Meşədə meyiti tapılan Nigarın FOTOSU
-
İdman20:48
Bu futbolçu mərc etdiyi üçün SAXLANILDI - 3 ilədək həbs gözləyir
-
Nəqliyyat19:24
Hansı metrostansiyalar yerin üstündə olacaq?
-
Magazin119:12
Şəbnəm çəhrayıya büründü - FOTO