Nida Xəbər
Üç ölkə birlikdə yol xəritəsi hazırlayacaq
Türkiyə, Azərbaycan və Özbəkistan əməkdaşlığı gücləndirmək üçün yol xəritəsi hazırlayacaq.
Publika.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə deyib.
O qeyd edib ki, bugünkü iclasda üçtərəfli formatda siyasi-iqtisadi əməkdaşlığa dair imkanlar müzakirə olunacaq:
“Qarşıdakı dövrdə atacağımız konkret addımlar üçün yol xəritəmizi müəyyənləşdirəcəyik. İlk gündəm maddəsi olaraq xarici siyasət və regional əməkdaşlıq mövzusunda bizə birbaşa təsir edən məsələləri müzakirə edəcəyik. İkinci əsas müzakirə mövzusu ticarət, iqtisadiyyat, əməkdaşlığın genişləndirilməsi məsələsi təşkil edir. Türkiyənin ticarət həcmi ilbəil artmaqdadır. Bu çərçivədə Türk dünyası ilə də ticarət əlaqələrimiz genişlənir. Türk dövlətləri ilə ticarət tərəfdaşlığımızı genişləndirilməsinə, qarşılıqlı investisiyaların artırılmasına xüsusi önəm veririk.
***
Türkiyənin paytaxtı Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin 2-ci üçtərəfli görüş başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, iclasda hər üç ölkənin xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirləri iştirak edirlər.
-
Rəsmi xronika14:23
İlham ƏIiyev Trampa başsağlığı verdi
-
Region13:36
Kütləvi şəkildə intihar edirlər: Deputat həbsxanalardakı dəhşətli durumdan yazdı
-
Nida Xəbər 12:24
Azərbaycana bu sözlərlə vida etdi - FOTO
-
İdman11:06
Azərbaycan millisinin kapitanı narkotikə qurşanıb, görün nə hala düşüb - ŞOK VİDEO
-
ABŞ10:30
Transgender əsgərlər Trampı məhkəməyə verdi
-
Region09:54
Moskvadan İrəvana sərt mesaj: Heç kim üçün illüziya yoxdur, bazarınız bağlanacaq
-
Hadisə08:30
Qəzada ölən İcra Hakimiyyəti əməkdaşının FOTOSU
-
ABŞ08:10
Sərnişin təyyarəsi helikopterlə toqquşub çaya düşdü: cəmi 4 nəfər sağ çıxdı - VİDEO