Nida Xəbər
Səfirimizin Rusiya XİN-ə çağırılmasına rəsmi münasibət
“Səfirlərin Xarici İşlər Nazirliyinə dəvət olunması, müxtəlif görüşlərin keçirilməsi, mövqelərin mübadiləsi normal diplomatik praktikadır”.
Publika.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiyadakı səfirimiz Rəhman Mustafayevin bu ölkənin Xarici İşlər Nazirliyinə dəvət edilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, eyni zamanda Rusiya Federasiyasının səfiri Mixail Yevdokimov da Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunub və rəsmi Bakının müxtəlif məsələlər üzrə, həmçinin əsas müzakirə mövzusu olan məsələ (təyyarə qəzası - red.) barədə mövqeyi çatdırılıb.
Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin yanvarın 27-də Rəhman Mustafayevlə görüşündə Azərbaycan mətbuatında gedən yazılarda Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyib.
Eyni zamanda “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması mövzusu müzakirə edilərkən faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılması və onun nəticələrinin dərc edilməsinin zəruriliyi vurğulanıb.
Yanvarın 28-də isə Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olunub.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, görüş zamanı, Rusiya mətbuatında, eləcə də Rusiyanın bəzi rəsmi dairələri tərəfindən dezinformasiya xarakterli, ölkəmizi hədəf alan yazıların dərc olunması, reportajların yayımlanmasının anlaşılmazlıq yaratdığı, bunun Azərbaycan və Rusiya arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırılıb.
“Azərbaycan Hava Yollarına” məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı ilkin təhqiqatın nəticələrinin məlum olduğu, istintaqın yekunlaşdırılması üçün iş aparıldığı, qəza ilə bağlı Rusiya tərəfindən gözləntilərimizin açıq şəkildə bəyan edildiyi xatırlanıb.
Yerli mətbu orqanında “Rus evi” ilə bağlı məlumata gəldikdə, bunun rəsmi mövqe olmadığı, bu kimi təşkilatların ölkəmizin ərazisində fəaliyyətinin qarşılılıq prinsipə əsaslandığı və qanunvericiliyin tələblərinə uyğun aparılmasının vacib olduğu bildirilib.
-
Rəsmi xronika14:23
İlham ƏIiyev Trampa başsağlığı verdi
-
Region13:36
Kütləvi şəkildə intihar edirlər: Deputat həbsxanalardakı dəhşətli durumdan yazdı
-
Nida Xəbər 12:24
Azərbaycana bu sözlərlə vida etdi - FOTO
-
İdman11:06
Azərbaycan millisinin kapitanı narkotikə qurşanıb, görün nə hala düşüb - ŞOK VİDEO
-
ABŞ10:30
Transgender əsgərlər Trampı məhkəməyə verdi
-
Region09:54
Moskvadan İrəvana sərt mesaj: Heç kim üçün illüziya yoxdur, bazarınız bağlanacaq
-
Hadisə08:30
Qəzada ölən İcra Hakimiyyəti əməkdaşının FOTOSU
-
ABŞ08:10
Sərnişin təyyarəsi helikopterlə toqquşub çaya düşdü: cəmi 4 nəfər sağ çıxdı - VİDEO