Nida Xəbər
Bahar Muradova BMT-nin qadın haqları üzrə komitəsinin sədri ilə görüşdü - FOTO
Nyu-Yorkda səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-də Qadınların Statusu Komissiyasının 69-cu sessiyası çərçivəsində görüşüb BMT-nin Qadınlara Qarşı Ayrıseçkiliyin Aradan Qaldırılması üzrə Komitəsinin sədri Nahla Haidar ilə görüb.
Publika.az xəbər verir ki, Bahar Muradova Azərbaycanın komitə ilə sıx işləməkdə maraqlı olduğunu bildirib. O deyib ki, Azərbaycanda qadınların hüquqları sahəsində sürətli inkişaf gedir. Komitə sədri Qadınlara Qarşı Ayrıseçkiliyin Aradan Qaldırılması üzrə Komitəyə hesabatın təqdim edilməsinə az vaxt qaldığını deyərək, son hesabatdakı rəy və tövsiyələrin Azərbaycan tərəfindən diqqətə alındığını, əksəriyyətinin artıq icra edildiyini vurğulayıb. O, yenidən komitəyə sədr seçilmiş Nahla Haidarı Azərbaycana dəvət edib.
Bahar Muradova bildirib ki, Azərbaycan 5 il əvvəl suverenliyi tam bərpa edib və komitə müharibənin qadınlar üzərində yaratdığı fəsadları aradan qaldırma üçün fəaliyyətini davam etdirir. O həmçinin, müharibə nəticəsində 4 minə yaxın azərbaycanlının itkin düşdüyünü və taleyindən heç bir xəbər alınmadığını qeyd edərək, bu istiqamətdə həm Ermənistan tərəfi, həm də beynəlxalq təşkilatlarla əlaqəli işləməyin, bu mövzuda konfransın təşkilinin, hətta Ermənistanın hesabatı dövründə gündəmə gətirməyin vacibliyini vurğulayıb.
Nahla Haidar təmsil etdiyi qurumun Azərbaycanla işləməyə sadiq olduğunu bildirib. O əlavə edib ki, Azərbaycanda qadınlar mövzusunda son illər əhəmiyyətli irəliləyiş əldə olunub. Komitə sədri həmçinin, itkin düşmüş qadın və uşaqlarla bağlı məsələnin çox vacib və həssas olduğunu, BMT platformalarında gündəmə gətirilməsinin vacibliyini qeyd edib.
Tərəflər birgə əməkdaşlıq istiqamətində müzakirəni davam etdiriblər.
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var







.jpg)




























