Nida Xəbər
"İranın bombalanması böyük faciəyə yol aça bilər" - Həsənquliyev
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Publika.az müsahibəni təqdim edir:
- Qüdrət bəy, hazırda insanlarımızı ən çox düşündürən məsələlərdən biri ABŞ-nin İranı bombalamaqla hədələməsi və buna hazırlaşmasıdır. Bunun baş vermə ehtimalı nə qədərdir?
- Trampa İsrail dövlətinin və diasporasının güclü təsiri var. Həm İsrail, həm də ABŞ İran rəsmilərinin açıqlamalarına istinad edərək İranın nüvə dövlətinə çevrilməsini İsarailin mövcudluğuna ciddi təhlükə hesab edirlər. Ona görə də bunun qarşısının alınması üçün ABŞ İranla ikitərəfli danışıqlar tələb edir. İran isə çoxtərəfli danışıqlara hazır olduğunu bildirsə də, ikitərfli danışıqlara razılaşmır. Tramp beynəlxalq birlik tərəfindən ABŞ-nin Ukraynada görsənən gücsüzlüyünü, səbəbindən asılı olmayaraq, ört-basdır etmək üçün İranı bombalaya bilər. İnanıram ki, bunun qarşısını almaq üçün Azərbaycan və Türkiyə İranın bizə münasibətindən asılı olmayaraq nələrsə etməyə çalışır. Dünən Azərbaycan Respublikası Prezidentinin İran prezidenti ilə telefon danışıqları oldu. İranın bombalanması böyük maddi və insani təlafata, proqnozlaşdırılması çətin olan faciəvi hadisələrə yol aça bilər. Ona görə vətəndaşlarımızın soydaşlarımızın da yaşadığı qonşu ölkədə baş verənlərə görə narahat olması başadüşüləndir. İranın dini lideri müdriklik nümayiş etdirib prezident Pezeşkianı müdafiə etməli, ABŞ ilə ikitərəfli danışıqlardan çəkinməməli, müharibədən yayınmalıdır. İran özünü haqlı sayırsa danışıqların hansı formatda keçirilməsinin əhəmiyyəti yoxdur, danışıqlar beynəlxalq birlik üçün açıq həyata keçirilməlidir ki, ABŞ xalqı da kimin haqlı olduğunu görsün. ABŞ 1994-cü ildə Ukraynanın nüvə silahından imtinası qarşılığında onun təhlükəsizliyinə dair çoxtərəfli Budapeşt memorandumunu imzalamışdı, daha doğrusu Ukraynanı buna məcbur etmişdi. Nə oldu? Öhdəliyini yerinə yetirməyəcəksə sazişin neçə tərəfli olmasının heç bir dəyəri yoxdur. İndiki halda isə nəticəsi bəlli olan döyüşə girmək qəhrəmanlıq sayılmaz.
- İranın bombalanması İranda rejim dəyişikliyinə yol aça bilərmi?
- ƏHD Partiyası həmişə qanla rejim dəyişikliyinin əleyhinə olub. SSRİ-nin dağılmasından sonra Azərbaycan da daxil olmaqla Şərqi Avropada, ərəb dövlətlərində baş verənlər göstərdi ki, qanlı və ya rəngli inqilablar yolu ilə baş verən rejim dəyişiklikləri xalqların ümidlərini bir qayda olaraq nəinki doğrultmur, hətta böyük xəyal qırıqlığına uğradır, xalqın özünə inamını sarsıdır. Cəmiyyətin inkişafı, təkamül yolu demoktratik seçkilərə və bu yolla rejim dəyişikliyinə gətirib çıxarmalıdır. ABŞ İraqı, Əfqanıstanı işğal edib trilyonlarla dollar vəsait xərcləsə də on illər ərzində həmin ölkələrdə demokratik, hüquqi dövlət qura bilmədi. ABŞ İranda hakimiyyəti dəyişib ərəb ölkələrindəki kimi özünə yaxın bir rejim yaratmağı düşünə bilər. Proseslərin necə inkişaf edəcəyini indidən söyləmək çətindir. Ümid edək, Allaha dua edək ki, İran dövləti daxili və xarici siyasətində dəyişikliklərə və beləliklə də orda yaşayan xalqların inkişafına və rifahına yol açacaq ciddi islahatlara getsin, müharibədən və inqilablardan yayınmaq mümkün olsun.
-
ABŞ04:44Ovçu qadını maralla səhv salaraq öldürdü
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO




































