Nida Xəbər
Azərbaycan XİN-nin müavini İstanbulda COP29-un nəticələrindən danışdı
Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev 30 may 2025-ci il tarixində Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən “COP29 ilə COP30-u birləşdirmə: diplomatiya, fəaliyyət və iqlimə dair qarşıdakı yol” adlı konfransda iştirak edib.
XİN-dən Publika.az-a bildirilib ki, tədbirə İstanbulda akkreditə olunan beynəlxalq təşkilatlar, baş konsulluqlar və beynəlxalq medianın nümayəndələri qatılıb.
Konfrans çərçivəsində baş tutan panel müzakirələrində nazir müavini Y.Rəfiyev ilə yanaşı Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank, Boğaziçi Universitetinin rektor müavini Prof.Dr. Gürkan Selçuk Kumbaroğlu və VAT Enerji şirkətinin baş meneceri Murat Altuğ Karataş iştirak edib.
Tədbirdə çıxış edən nazir müavini Y.Rəfiyev COP29-da qəbul edilən qərarların tarixi əhəmiyyət kəsb etdiyini, xüsusilə iqlim maliyyəsinə dair əldə edilmiş nəticənin BMT sistemində danışıqlar yolu ilə razılaşdırılan ən böyük iqlim maliyyəsi qərarı olduğunu və bunun daha öncəki maliyyə hədəfini üç dəfə artırdığını bildirib. Hazırda isə COP29-dan gələn mandat əsasında Azərbaycan və Braziliya Sədrlikləri tərəfindən iqlim maliyyəsinin 1.3 trilyona qaldırılması ilə bağlı “Bakıdan Belemə Yol Xəritəsi”nə dair hesabatın hazırlanması üzərində iş aparıldığı və həmin hesabatın COP30-da təqdim edilməsinin nəzərdə tutulduğu qeyd edilib.
Nazir müavini tərəfindən Paris Sazişi qəbul edildikdən keçən 10 il ərzində onun 6-cı maddəsi üzrə nəticəsiz qalan danışıqların məhz Bakıda Azərbaycanın liderliyi altında razılaşdırılması və beləliklə, karbon ticarətinə dair mexanizmin fəaliyyətə başlamasının digər mühüm tarixi hadisə olduğu bildirilib.
Danışıqlar istiqaməti ilə yanaşı COP29 Sədrinin Fəaliyyət Planı çərçivəsində mühüm təşəbbüslərin elan edildiyi və onlara qoşulan dövlət və qeyri-dövlət aktorlarının sayının mütəmadi olaraq artdığı diqqətə çatdırılıb.
Həmçinin, nazir müavini Y.Rəfiyev Türkiyənin COP31-ə ev sahibliyi etməyə layiqli namizəd olduğunu vurğulayıb və bu istiqamətdə qardaş dövlətə uğurlar arzulayıb. Növbəti COP-a ev sahibliyi haqqının Türkiyə tərəfindən qazanılması halında, Azərbaycanın özünün uğurlu təcrübəsini qardaş dövlətdən olan həmkarları ilə paylaşmağa və gərəkən dəstəyi verməyə hazır olduğunu qeyd edib.
Səfər çərçivəsində nazir müavini Y.Rəfiyevin Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq üzrə D8 Təşkilatının Baş katibləri ilə ikitərəfli görüşləri baş tutub.
-
Yaxın Şərq02:12"Münaqişə istənilən an şiddətlənə biləra"
-
Sağlamlıq01:11Ağcaqanadlar ən çox onları SANCIR
-
Magazin200:15İtkin düşmüş rejissor döyüşlərdə həlak olubmuş...
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sərhəddə alov torpağa toxunur
-
Dünya19 Aprel 23:246,2 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
İdman19 Aprel 22:12Türkiyə klubu 5 ildən sonra geri dönür
-
Avropa19 Aprel 21:48Zelenskidən terror aktından sonra KRİTİK AÇIQLAMA - İslahatlar başlayır
-
Region19 Aprel 21:00ABŞ Hörmüz boğazına PUA-lar göndərdi









.png)


























