Nida Xəbər
Hərbi prokuror Naxçıvanda görüş keçirdi
Azərbaycan Respublikası Baş prokurorunun müavini - hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının komandanının müavini general-mayor İnqilab Muradovla birlikdə Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxslərinin və Daxili Qoşunların yüksəkrütbəli hərbi qulluqçularının iştirakı ilə Daxili Qoşunların Naxçıvanda qulluq edən hərbi qulluqçuları ilə görüşüblər.
Bu barədə Publika.az-a Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi və şəhidlərimizin şərəfinə yaradılmış guşə ziyarət edilib, əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb.
Görüşdə Dövlət Himni səsləndirilib, iştirakçılara Baş Prokurorluğun rəhbərliyinin tövsiyələri çatdırılıb.
Çıxışlarda dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi və xalqın əzmkarlığı ilə əldə olunan uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrin formalaşdırılmasından danışılıb.
Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub, onları maraqlandıran suallar cavablandırılıb. Həmçinin hərbçilərin məişət və xidmət şəraiti, eləcə də, qayğı və problemləri ilə bağlı fikirləri dinlənilib.
Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim edilib.
-
Rəsmi xronika17:28İlham Əliyev iki sərəncam imzaladı
-
Sosial15:47Buna görə Azərbaycan dünyada ilk iyirmi beşlikdə qərarlaşıb
-
Dünya13:42Afrika toqquşma meydanına çevriləcək – Rusiyadan QORXULU PROQNOZ
-
Dünya12:38Şahın oğlu Trampı gözləyir: İranda şok çevriliş planı
-
Magazin111:44Nurullayevlərin dəbdəbəli toyu - Aygün Kazımovaya 100 min, Nanəyə isə... - FOTO
-
Ekologiya11:20Bu ölkə od tutub yanır: Görün neçə dərəcə isti qeydə alındı
-
Nida Xəbər 10:56Dubayda toy edən Nurullayevi Piterdə niyə döymüşdülər? - FOTO
-
İdman10:32Messi qəribə xasiyyətindən danışdı: Şərab və soda içirəm ki...











.jpg)
























.jpg)

