Nida Xəbər
Azərbaycan Nyu-Yorkda daha bir ölkə ilə anlaşdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində qvineya-bisaulu həmkarı Karlos Pinto Pereyra ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə C. Bayramov "X" sosial media hesabında paylaşım edib.
NAzir bildirib ki, görüşdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi, siyasi dialoqun genişləndirilməsi və çoxtərəfli çərçivələrdə daha möhkəm əlaqələrin qurulması yolları müzakirə edilib.
Görüş zamanı həmçinin "Qvineya-Bisau Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş" imzalanıb.
Qeyd edək ki, daha əvvəl Cibuti ilə də diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında saziş imzalanıb.

-
Nida Xəbər 09:30
Mehriban Əliyeva Azərbaycan və ABŞ prezidentlərinin dialoqunu paylaşdı - VİDEO
-
Hadisə09:11
Bakıda çoxmərtəbəli binada yanğın - FOTO/VİDEO
-
İKT08:48
Bu qulaqlıqlar eşitmə üçün olduqca zərərlidir - XƏBƏRDARLIQ
-
Hadisə07:50
Xəzər dənizində zəlzələ oldu
-
İdman06:46
Qiyməti qalxacaq: Qvardiola türk futbolçunu o qədər təriflədi ki…
-
Magazin106:16
İlk dəfə eşq iddialarına cavab verdi
-
Magazin104:14
Dua Lipadan yeni açıq-saçıq FOTOLAR
-
Magazin202:12
Məşhur kino ulduzu 87 yaşında vəfat etdi - FOTO