ABŞ
Polşa Prezidenti BMT-nin iclasında görün nə qəbul edib - YENİ QALMAQAL / VİDEO

Polşa Prezidenti Karol Navroçki Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyası zamanı snus istifadə etməkdə şübhəli bilinir.
Publika.az xəbər verir ki, bu barədə "Onet" məlumat yayıb.
İnternetdə Navroçkinin köməkçisinin ona kiçik bir qutu uzatdığını göstərən video yayılıb. Polşa Prezidenti həmin qutudan nəsə çıxarır, sonra ağzına qoyur.
Tymczasem w ONZ… Wygląda znajomo? https://t.co/fUuhaiEQkp pic.twitter.com/EWrUsvqRQC
— Szkło Kontaktowe TVN24 (@SzkKontaktowe) September 22, 2025
“Tütündən asılı olan hər bir insan bir neçə saat dözə bilər. Pan Karol Navroçki isə stimulyatorsuz bir saat belə dözə bilmir və buna görə də hər hansı bir ictimai funksiyanı yerinə yetirməyə qadir deyil. Onun istifadə etdiyi isə tütün deyil”, — deyə polyak deputat Roman Hertyx bildirib.
May ayında televiziya debatları zamanı Navroçki qəribə jest edib : o, dodağının altına bir maddə, ehtimal ki, nikotin məhsulu qoyur. Yayımdan sonra siyasətçi bunun saqqız çeynədiyini izah etsə də, açıqlaması tənqidləri dayandıra bilməyib. Navroçkinin əleyhdarları bu hadisədən istifadə edərək onu “nikotinə aludəçilik”də ittiham ediblər.
Hüseyn İbadlı

-
İdman10:30
Həbs olunan Adnan Əhmədzadənin "Messi piarı": Neçə milyon xərcləmişdi?
-
Sosial10:10
Qəhrəmanlığı ilə yanaşı möhtəşəm səsi də var idi... - VİDEO
-
Nida Xəbər 09:30
Mehriban Əliyeva Azərbaycan və ABŞ prezidentlərinin dialoqunu paylaşdı - VİDEO
-
Hadisə09:11
Bakıda çoxmərtəbəli binada yanğın - FOTO/VİDEO
-
İKT08:48
Bu qulaqlıqlar eşitmə üçün olduqca zərərlidir - XƏBƏRDARLIQ
-
Hadisə07:50
Xəzər dənizində zəlzələ oldu
-
İdman06:46
Qiyməti qalxacaq: Qvardiola türk futbolçunu o qədər təriflədi ki…
-
Magazin106:16
İlk dəfə eşq iddialarına cavab verdi