Tokayev Bəxtiyar Vahabzadədən sitat gətirdi - VİDEO
Bizi izləyin

Nida Xəbər

Tokayev Bəxtiyar Vahabzadədən sitat gətirdi - VİDEO

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin ziyalılarının iştirakı ilə xüsusi tədbir keçirməyi təklif edib.

Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə danışıb.

"Görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin qeyd etdiyi kimi, türkün türklə ədavətə haqqı yoxdur. Türk dövlətlərinin daha da yaxınlaşması üçün əlimizdən gələni edəcəyik. Biz gənclərin mədəni inteqrasiyasını gücləndirməliyik. Bununla əlaqədar olaraq, növbəti il Almatıda Kreativ İqtisadiyyat Forumu keçirməyi təklif edirik. Bu, gənclərimizi yaxınlaşdırmağa, onların biliklərini və səriştələrini artırmağa imkan verəcək", - Tokayev qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm