Nida Xəbər
Kamran Əliyev Paulo Qonetə təşəkkür etdi
Azərbaycanın Baş prokuroru cənab Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Braziliya Federativ Respublikasına rəsmi səfər edib. Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev Braziliya, İspaniya və Portuqaliya Baş prokurorları ilə ikitərəfli görüşlər keçirib.
Bu barədə Publika.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Braziliya Federativ Respublikasının Baş prokuroru Paulo Qonet ilə keçirilmiş görüşdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizə, ətraf mühitin mühafizəsi, iqlim cinayətlərinə qarşı birgə fəaliyyətin gücləndirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi və cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya sorğularının icra vəziyyəti müzakirə olunub.
Görüşdə, həmçinin, Baş prokuror AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işinin istintaqı çərçivəsində göstərilmiş səmərəli əməkdaşlığa görə qarşı tərəfə təşəkkür edib.
Portuqaliya Respublikasının Baş prokuroru Amadeu Quera ilə keçirilmiş görüşdə Baş prokuror Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkədə korrupsiyaya qarşı sistemli mübarizənin aparıldığını qeyd edib və bu sahədə Portuqaliyanın müsbət təcrübəsinin öyrənilməsi və tətbiqinə maraqlı olduqlarını bildirib.
Öz növbəsində Baş prokuror Amadeu Quera Ministério Público (İctimai Prokurorluq) və MENAC (Korrupsiyaya Qarşı Milli Mexanizm) barədə məlumat verərək, ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin və cinayətlərin bütün təzahürlərinə qarşı birgə səylərin artırılmasının vacibliyini vurğulayaraq, qeyd olunan sahələr üzrə Azərbaycanın müsbət təcrübəsinin öyrənilməsinə maraq göstərib.
İspaniya Krallığının Baş prokuroru Alvaro Qarsia Ortiz ilə keçirilmiş görüşdə cinayətkarlıqla mübarizə, ətraf mühitin mühafizəsi, iqlim cinayətlərinə qarşı birgə fəaliyyətin gücləndirilməsi, eləcə də konkret cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya sorğularının icra vəziyyəti müzakirə edilib.
Səfər çərçivəsində Çin, Rusiya, Paraqvay və digər ölkələrin nümayəndə heyətləri ilə də görüşlər keçirilib.
Qarşılıqlı anlayış və etimad əsasında keçirilən görüşlər zamanı tərəflər qurumlararası əməkdaşlığın gələcək inkişafı və genişləndirilməsini müzakirə ediblər.
Görüşlərdə Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfirinin müşaviri Rafiq Rüstəmov da iştirak edib.
Nümayəndə heyətinin Braziliyaya səfəri uğurla başa çatıb.
-
Magazin113:57"Tamaşaçı da elə bilir ibadət edirəm” - Alim Qasımov
-
Region13:20Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Çox yüksək səviyyədə...
-
Region12:14Moskvadan İrəvana eyham: Tanqo üçün iki nəfər lazımdır
-
İdman11:53Messinin görüşdüyü qadın kimdir? - Həyəcanını gizlədə bilmədi - FOTOLAR
-
İdman10:54Azərbaycanlı futbolçu Rusiyada şou göstərdi: Möhtəşəm qol vurdu - VİDEO
-
Maraq dünyası10:18ABŞ ordusu niyə əfsanəvi "Qara quş"dan imtina etdi? - Maraqlı FAKT
-
İdman10:12Ulduzların olduğu canlı verilişdə məşhur aparıcının paltarı cırıldı - VİDEO
-
Maraq dünyası09:48Oktyabrın sonu bu bürclər "çekpot" effekti yaşayacaq - Pul yağışı gəlir








































