Nida Xəbər
Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı
İkinci Qarabağ müharibəsi zamanı gərginlik baxımından Moskva görüşü digərlərindən fərqlənirdi.
Publika.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-yə müsahibəsində deyib.
Nazir qeyd edib ki, 2020-ci il oktyabrın 8-də Rusiya tərəfi Ermənistanla danışıqların keçirilməsini təkidlə təklif edib:
"Oktyabrın 9-da görüşün keçirilməsi ilə bağlı razılıq əldə olunub. Danışıqlar başlayanda maraqlı məqam ondan ibarət idi ki, Rusiya XİN başçısı Lavrov tərəflərə sənəd təqdim etdi. Sənəd cəmi bir neçə maddədən ibarət idi. Oktyabrın 10-a keçən gecə bütün hərbi əməliyyatların dayandırılması, "təmas xətti"nin şərq hissəsində Rusiya sülhməramlıları və Azərbaycan ordusu, "təmas xətti"nin qərbində isə yenə Rusiya sülhməramlılarının və Ermənistan ordusunun yerləşdirilməsi təklif olunurdu".
C.Bayramovun bildirib ki, ərazinin boşaldılması nəzərdə tutulmurdu:
"Bu o demək idi ki, məsələ tam dondurulsun və bundan sonra heç nə artıq baş verə bilməz. Biz öz mövqeyimizdən çıxış edərək bildirdik ki, Ermənistanla danışığa hazırıq, Ermənistan ərazidən nə vaxt çıxacağını göstərsin. Sənədə Ermənistan da etiraz etdi".
Nazir xatırladıb ki, danışıqlar bir neçə saat çəkib və mövqelərdə heç bir tərpəniş olmayıb. Onun sözlərinə görə, Lavrov müəyyən məqamda manevr edərək bildirib ki, əvvəlki gün liderlərin danışığının olmasından məlumatlıdır, siz isə (XİN rəhbərləri - red.) onlardan bir qədər fərqli görünürsünüz:
"Biz isə buna cavab olaraq fasilə istədik ki, öz daxilimizdə müzakirəyə ehtiyac var. Onlar bizə yer ayırmaq istədilər. Lakin biz öz səfirliyimizə getmək istədik, Ermənistan isə danışıqlar olan məkanda qaldı. Biz səfirliyimizdə müəyyən kanallarla əlaqə saxladıq, cənab prezidentin təlimatlarını aldıq və addımlarımızı hazırladıq. Danışıqlara qayıdanda Rusiya Prezidenti Putin və müdafiə naziri Şoyqu zəng edən zaman Lavrov otaqdan çıxırdı. Biz danışıq zamanı mövqemizdən çəkilməyəcəyimizi bildirdik".
C.Bayramov bildirib ki, nəticəni həmin gün əldə etmək onlar üçün çox önəmli idi:
"Biz isə bildirdik ki, danışığa sabah da davam edə bilərik. Biz orada olanda Hadrutun işğaldan azad edildiyi elan olundu. Bu bizə xəbər verildi. Bundan 15 dəqiqə sonra Ermənistan nümayəndə heyətində təşviş gördük. Bu, günün maraqlı məqamı idi. Biz orada onlara da Hadrutun azad olunduğunu dedik, çünki Ermənistan tərəfi 5+2 formatı (işğal altında olan 7 rayondan Kəlbəcər və Laçın istisna olmaqla, beşinin dərhal azad edilməsi - red.) təqdim edəndə biz bunu işləmədiyimizi dedik. Bildirdik ki, artıq Cəbrayıl və Hadrut azad olunub".
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək







.jpg)






























