Prezidentin savaşdan öncəki mesajı - HƏR ŞEY BURADAN BAŞLADI
Bizi izləyin

Nida Xəbər

Prezidentin savaşdan öncəki mesajı - HƏR ŞEY BURADAN BAŞLADI

Azərbaycan son 300 illik enişli-yoxuşlu gedişat içərisində məhz 2020-ci ilin 27 sentyabrıyla başlayıb 8 noyabrında zəfərlə bitən 44 günlük müharibənin nəticəsində istədiyinə çata bildi.

Bəs bu 3 əsr ərzində dəfələrlə müşayiət edilən üzücü, bir o qədər də dövlətçiliyimiz üçün iztirablı görünən nüanslar nə idi? Bunun ən doğru cavabını tarixi proseslərə nəzər yetirəndə tapmaq olur.

XVIII əsrin 20-ci illərində Səfəvilər imperiyasının zəiflədəyi dönəmləri fürsətə çevirən çar Rusiyası Azərbaycana ardıcıl hücumlar təşkil edir, daha sonra Nadir Şahın rəhbərlik etdiyi Əfşarlar sülaləsi hakimiyyətə gəlsə də, növbəti müdaxilələrin yekunu olaraq bu rejim də çox tab gətirə bilməyərək süquta uğrayır...

XIX əsrin 20-ci illərində Azərbaycanın şimal və cənub xanlıqları arasındakı siyasi fikir ayrılıqları və digər anlaşılmazlıqlarından yararlanan çar Rusiyası bu dəfə daha böyük miqyasda işğalçılıq siyasətini tətbiq edərək Azərbaycanın şimal hissəsini tamamilə öz tərkibinə qata bilir...

XX əsrin 20-ci illəri başlar-başlamaz, konkret desək 1920-ci ilin 27-28 aprelində Sovet ordusu yenicə qurulan Cümhuriyyəti qanda boğmaqla bir daha dövlətçiliyimizə qarşı təcavüzkar xislətini,mahiyyətini ortaya qoydu...

Gəlirik ən həlledici nöqtəyə...

Tarix 2020-ci il 27 sentyabrı göstərir...

Yəni 5 il bundan əvvəl yaşananları gözlərimizin önündə canlandırırıq...

Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli qərarıyla bizi müzəffər savaş başlanır...

Xalq və Ordu vahid şəkildə dəmir yumuruğun ətrafında birləşir.

Bu birlik cəmi 44 günə ən mükəmməl formada öz nəticəsini verir, 300 il ərzində ən azı 3 dəfə təkarlanan pessimist nostalgiyanın üzərindən xətt çəkilir...

Bununla da 20-ci illərin kabus sindromunu üstümüzdən ata bilirik.

Nəyə görə indi baş verənlərə 300 il öncəki tarixi hadisələri xatırlayaraq cavab veririk?

Çünki keçmişimizdən bugünə baxanda qələbəmiz daha da böyük görünür.

Eynilə bundan sonra illər, on illər ötdükcə zəfərimizin əzəməti, həyati önəmi, müqəddəs mahiyyəti bu an yaşadığımız sevinc emosiyalarını da ötüb keçərək ilahi qüdrət halını alacaq.

Deyilən sözlər, eşidilən ifadələr kimlər üçün qalibiyyət hisslərimizin təsiri kimi görünə bilər.

Ancaq çox vacib bilməli olduğumuz bir gerçəklik var.

Şəhidlərimizin qanları hesabına torpaqlarımızı işğaldan azad edib namus borcumuzu yerinə yetirməyimiz bizim anladığımız, dərk etdiyimiz ən müqəddəs dəyərlərin bir parçasıdır...

44 günlük zəfər haqda nə qədər danışsaq, eşitsək azdır, müqəddəs missiyamızın dəyərini izah etməyə sözlər, kəlmələr yetə bilməz...

Sona doğru bir daha qayıdaq əvvəldə danışdıqlarımıza...

Və bu kadra diqqətlə baxaq...

44 günlük savaşdan bir neçə ay əvvəl Ali Baş Komandan Şah İsmayıl Xətainin yenilənən abidəsini ziyarət edir.

Bu həm tariximiz, keçmişimizin qarşısında sayğı duruşu olmaqla bərabər həm də 27 sentyabrdan başlayacaq şanlı mücadiləyə hazırlıq mesajı, özlüyündə olduqca nəhəng görünən çağırış idi...

Ancaq biz hələ bütün bunların nə anlama gəldiyini, mənasının o zaman nə demək olduğunu hazırda yaşadıqlarımızı, əldə etdiklərimizi görəndə fərqinə vara bilirik.

Bəli, Azərbaycan neçə əsr sonra ilk dəfə bu qədər genişmiqyaslı əməlliyyat keçirə, Şah İsmayıldan, Nadir Şahdan sonra ilk dəfə bu dərəcədə yüksək hərb məharətini ən müasir texnoliji üstünlüklərdən də yaratlanıb bütün dünyanın gözü qarşısında sərgiləyə bildi.Və sonu zəfərlə bitən tarixi hamımız birlikdə yaşadıq...

Ancaq hər şey bununla bitmir...

Zəfərimizin əks-sədası bugün Qarabağdan Zəngəzura, oradan da İrəvana, Güney Azərbaycana və bütün dünyaya yayılır.

Hamının gözü üzərimizdədir...

Ulu öndər Heydər Əliyevin məşhur kəlamını yada salmaqda fayda var. Müstəqilliyi qazanmaq nə qədər çətindirsə onu qoruyub saxlamaq bundan daha da çətin və ağır işdir.

Bəli, bu gün hər birimiz şəhidlərimizi ehtiramla anıb, Zəfər bayramımızı qeyd edirik!

27 sentyabr, yeni bir başlanğıc, 8 noyabr, Şuşa zəfəri və ardınca da 24 saat keçmədən bitən antiterror əməliyyatı isə savaşın yekun zirvəsi oldu.Qarabağı tam şəkildə düşmən əsarətindən xilas edə bildik...

Hamılıqla bundan sonra üzərimizə düşən çox vacib məsuliyyət var.

Prezident Ali Baş Komandan İlham Əliyevin yaratdığı reallığa söykənərək dəmir yumruğun ətrafındakı möhkəmliyimizi qorumalı və günü-gündən artan çağırışlara siyasətçisindən jurnalistinə, tarixçisinə ən sıravi vətəndaşına qədər hər birimiz hazır olmalıyıq!

Müstəqilliyimizin əbədi olması üçün daim dəmir yumruq ətrafda cəmləşərək, həmrəylik və birlik nümayiş etdirməliyik. (Media Türk Tv)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm