Nida Xəbər
Deputat: Prezident Azərbaycan bayrağını daim zirvələrə ucaldır
“Üçrəngli müqəddəs bayrağımız müstəqil dövlətimizin rəmzidir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bu bayrağımız ilk dəfə dalğalandırılsa da, qısa müddət ərzində süqut etdi. Bayrağımız yalnız Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən 1990-cı ildə Naxçıvan Ali Məclisində qaldırıldı. Bundan bir müddət sonra isə bu bayraq dövlət bayrağı kimi Azərbaycan parlamentində təsdiq olundu”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycan dövlətini, onun bayrağını daim zirvələrə ucaldır. Dövlətimizin başçısının 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Beş ildir ki, müqəddəs bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanır. Bu, hər bir vətəndaşımız üçün sonsuz qürur mənbəyidir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir.
Deputat bildirib ki, Azərbaycan dünya birliyinin layiqli üzvüdür və bayrağımız mötəbər beynəlxalq təşkilatların önündə, eləcə də, nüfuzlu tədbirlərdə zirvələrə qaldırılır. Biz, vətəndaş olaraq bununla qürur duyuruq.
Samir Vəliyev qeyd edib ki, Prezident İlham Əliyev daim Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır: “Bu gün bayrağımız Şuşada, Xankəndidə, Xocalıda, bir sözlə respublikamızın bütün ərazisində dalğalanır. Biz bundan böyük qürur və iftixar hissi keçiririk. Qalib Azərbaycanın üçrəngli bayrağı daim zirvələrdə olacaq!”.
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
-
Əmlak31 Mart 21:36Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək







.jpg)






























