Nida Xəbər
Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən kurs keçirilir - FOTO
Azərbaycan Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün "Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, ölkəmizdə səfərdə olan Niderland Krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "Təcrübələrin öyrənilməsi" mövzusunda kurs keçirilir.
Publika.az xəbər verir ki, kursun açılışında çıxış edən Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi general-leytenant Azər Əliyev qonaqları və iştirakçıları salamlayaraq Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində keçirilən bu cür tədbirlərin əhəmiyyətindən danışıb, hərbi qulluqçularımızın son illərdə qazandıqları təcrübələri xidməti fəaliyyətlərində uğurla tətbiq etdiklərini xüsusi qeyd edib.
Daha sonra təlimçilər tərəfindən dinləyicilərə NATO haqqında ümumi məlumat verilib. Həmçinin NATO-nun ştat strukturu, keçirilən təlimlərdə və əməliyyatlarda qazanılan təcrübələr ilə bağlı müxtəlif sahələr üzrə brifinqlər təqdim olunub.
Qeyd edək ki, Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində keçirilən beynəlxalq tədbirdə NATO-da əməliyyat planlama və idarəetmə, eləcə də digər mövzularda nəzəri və praktiki məşğələlər təşkil olunacaq.
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı











.jpg)



























