Nida Xəbər
Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana səfər etdi - FOTOLAR
21-22 noyabr 2025-ci il tarixlərində "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub.
Publika.az xəbər verir ki, səfər çərçivəsində Təşəbbüsün Ermənistandan olan nümayəndələri Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan Azərbaycandan olan həmkarları Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İskəndərli və Fuad Abdullayev ilə görüşmüşlər.
Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dinamikası, vətəndaş cəmiyyətinin dialoqun bərpasındakı rolu və yaxın gələcəkdə icra olunacaq birgə layihələr müzakirə olunmuş, həmçinin sülh prosesi ilə bağlı hər iki cəmiyyəti maraqlandıran aktual mövzulara da toxunulmuşdur.
Bundan əlavə, media məkanında birgə fəaliyyətin intensivləşdirilməsi, ekspert qrupları arasında birbaşa əlaqələrin qurulması, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin sülh prosesinə daha geniş şəkildə cəlb edilməsi barədə razılıq əldə olunmuşdur.
"Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində işgüzar səviyyədə əlaqələrin və hər iki ölkəyə qarşılıqlı səfərlərin davam etdirilməsi də qərara alınmışdır.
Səfər zamanı "Sülh Körpüsü" Təşəbbüsü üzvləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşmüşlər. Səmimi şəraitdə keçən fikir mübadiləsi zamanı Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan tərəfindən sülh gündəliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə olunmuşdur. Hikmət Hacıyev Təşəbbüs üzvlərinin suallarını cavablandırmışdır.
-
Hadisə17:22Ramiz Mehdiyevin vəziyyəti pisləşdi
-
Hadisə17:11Azərbaycanda partiya sədri vəfat etdi - FOTO
-
Hadisə17:00Uzun müddət komada qalan Vətən müharibəsi iştirakçısı vəfat etdi
-
Magazin215:40Andreasyanın arvadı soyundu - FOTOLAR
-
Sosial15:30Mahir Cavadov psixiatriya xəstəxanasında müalicə olunur
-
Region15:10Pezeşkian: "İnqilabdan əvvəl hicabsız qızlar çox ləyaqətli idilər"
-
Magazin114:40Müğənni Günel: "Evli olduğunu bilirdim, dəfələrlə qaçıb gizləndim"
-
İdman14:20Çempion sinə böyütmə əməliyyatından danışdı: Çox ağrılı idi! - FOTO










.jpg)














.png)










_(3).jpg)

