MDB
Ermənistan bunu edə bilməyəcək! - Putin
İrəvan eyni vaxtda iki gömrük ittifaqında ola bilməyəcək.
Publika.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.
"Biz görürük ki, Ermənistanda Avropa İttifaqı ilə münasibətlərin inkişafı barədə müzakirələr gedir. Biz buna tamamilə sakit yanaşırıq. Başa düşürük ki, hər bir ölkə üçüncü ölkələrlə əməkdaşlıqdan maksimum üstünlüklər əldə etməyə çalışır. Lakin bu, aydın və ədalətli olmalıdır. Aİ və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə gömrük ittifaqında olmaq qeyri-mümkündür. Bu, sadəcə olaraq mahiyyətcə mümkün deyil" - Rusiya lideri deyib.
Putinin sözlərinə görə, məsələ heç siyasətdə də deyil, məsələ sırf iqtisadi xarakter daşıyır.
Paşinyan isə bildirib ki, Ermənistan Aİİ və Aİ-yə üzvlüyün uzlaşmadığını başa düşür, lakin hələ ki bu proseslər seçim etmək lazım olan nöqtəyə çatmayıb.
"Vaxtı gələrsə, Ermənistan xalqı öz qərarını verəcək. Əlbəttə, bu, Ermənistan-Rusiya münasibətlərinə zərər vurmamalıdır", - Paşinyan vurğulayıb.
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi








































.jpg)
