Nida Xəbər
Böyük Britaniya ilə hərbi əməkdaşlıq məsələləri müzakirə edildi - VİDEO
Dekabrın 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Birləşmiş Krallığın nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirələrini ehtiramla yad edib.
Qonaqları salamlayan müdafiə naziri Azərbaycan ilə Böyük Britaniya arasında hərbi sahədə əlaqələrin xüsusi əhəmiyyət daşıdığını və bunun hər iki tərəfin ordusunun inkişafında müsbət rol oynadığını bildirib.
General-polkovnik Zakir Həsənov ötən il ölkəmizdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hərbi Attaşelik Aparatının təsis edilməsinin əhəmiyyətini vurğulayıb.
Səmimi münasibətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Lord Vernon Koaker Birləşmiş Krallığın ölkəmiz ilə hərbi əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Qarşılıqlı səfərlərin və müxtəlif formatlarda keçirilən görüşlərin təcrübə mübadiləsi baxımından səmərəli olduğunu xüsusi vurğulayıb.
Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri cənab Elin Süleymanov və Birləşmiş Krallığın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auldun da iştirak etdikləri görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində qonaqlar, həmçinin "Zabit ixtisas hazırlığı" kursunun gənc zabitlərinin iştirakı ilə keçirilən "Təlimatçı hazırlığı" kursunun növbəti buraxılış mərasimində iştirak ediblər.
Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən mərasimdə Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov kursun keçirilməsində göstərdikləri dəstəyə görə Birləşmiş Krallığın nümayəndə heyətinə təşəkkürünü bildirib.
Sonda cənab Aqil Qurbanov, Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov, Birləşmiş Krallığın nümayəndələri və səfirlər tərəfindən kursu uğurla başa vuran məzunlara sertifikatlar təqdim olunub.
-
İdman22:52Ermənistan “Azərbaycan” yazısını lentlə örtən xizəkçiyə görə cərimə ödəyəcək
-
Nida Xəbər 21:55Sabiq nazirin yarım milyonluq daha bir borcu üzə çıxdı
-
ABŞ21:31ABŞ Venesuela neftinin satışına başladığını elan etdi
-
Hadisə20:53Bakı metrosunda dəhşətli hadisə: sərnişin öldü
-
Nida Xəbər 20:45Azərbaycanın yeni paytaxtı hara ola bilər? - Prezident iki şəhərə işarə etdi
-
Sosial19:25Kirayə verən də, qalan da cərimələnə bilər - Yoxlamalar başladı
-
Sosial19:05Bakıda bazarda antisanitar şəraitdə ət satılırmış - VİDEO
-
Hadisə18:35Azərbaycanda milyonçu iş adamı HƏBSDƏ ÖLDÜ






























.jpg)

