Nida Xəbər
Bir ay əvvəl təyin olunan icra başçısı niyə işdən çıxarıldı? - TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovu vəzifəsindən azad edib.
Publika.az xəbər verir ki, Teleqraf bir ay öncə təyin olunan icra başçısının qısa müddət ərzində vəzifədən azad olunmasının təfərrüatlarını öyrənib.
Məlum olub ki, Elxan İbrahimov rayon ərazisində bərpa-quruculuq işlərində uyğunsuzluğa yol verib. Bununla yanaşı, o, Rayon İcra Hakimiyyətinin kollektivi ilə xoş rəftar etməyib, bir sıra əməkdaşları işdən çıxarıb. İşdən çıxarılanlar arasında 4 ildir icra başçısının müavini vəzifəsində çalışan Ramiz Quliyev də olub.
Ümumi narazılıq fonunda icra başçısı bir ay öncə təyin olunduğu vəzifədən çıxarılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 12-də bir sıra rayonlara icra başçısı təyin edərkən məmurlara xalqa xidmət etmək, xalqla bir yerdə olmaqla bağlı xəbərdarlıq etmiş, onlara təvəzökar olmağı tapşırmışdı.
“Sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir” – deyə dövlət başçısı bildirmişdi.
-
İdman20:28Coşuanın düşdüyü dəhşətli qəzanın təfərrüatı: Yanında oturan dərhal ölüb - VİDEO
-
Nəqliyyat19:45Taksilərlə bağlı RƏSMİ AÇIQLAMA - Yanvardan etibarən...
-
İdman19:05Coşua dəhşətli qəzaya düşdü: 2 nəfər öldü
-
Nida Xəbər 18:45Bir ay əvvəl təyin olunan icra başçısı niyə işdən çıxarıldı? - TƏFƏRRÜAT
-
Ekologiya18:25Əhaliyə XƏBƏRDARLIQ: Dekabrın son iki günündə...
-
Rəsmi xronika17:39Bu rayonun icra başçısı vəzifəsindən azad edildi
-
İdman17:36Qurban Qurbanovun oğlunun toyunda görün kimlər iştirak edib: General və nazirlər - YENİ FOTOLAR
-
Rəsmi xronika17:12İlham Əliyev "Bakı Ağ Şəhər"də oldu - YENİLƏNDİ






.jpg)


.jpg)







.jpg)










.jpg)







