Nida Xəbər
Türkiyədən Zəngəzur dəhlizi ilə bağlı vacib açıqlama: Ermənistandan zəmanət almışıq
Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraoğlu Ermənistanın "Zəngəzur dəhlizi"nə qarşı çıxmadığını bildirib və Türkiyə-Ermənistan münasibətlərində irəliləyişin ilk növbədə İrəvan və Bakı arasında razılaşmanın əldə edilməsindən asılı olduğunu vurğulayıb.
Publika.az xəbər verir ki, Uraloğlu qeyd edib ki, həm keçmiş, həm də hazırkı Ermənistan nəqliyyat nazirləri ilə danışıqlar aparıb və Ermənistanın "dəhliz" layihəsinin həyata keçirilməsinə mane olmaq niyyətində olmadığına dair zəmanət alıb.
"Əvvəlcə Azərbaycan və Ermənistan danışıqlar masasına oturub razılığa gəlməlidirlər. Bundan sonra Türkiyə mehriban qonşuluq münasibətləri çərçivəsində Ermənistana qarşı addımlar ata biləcək. Bu, həm də prezidentimizin mövqeyidir", - deyə o bildirib.
Türkiyəli nazir "dəhliz"in strateji əhəmiyyətini vurğulayıb:
"Bu marşrut bizim üçün çox dəyərlidir. Bu, həmçinin türk dünyası və türk dövlətləri ilə birbaşa nəqliyyat əlaqələrini təmin edəcək".
Tural
-
Region23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin122:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi















.png)




















