Nida Xəbər
Deputat: "Demokratik Venesuela ABŞ-a o qədər də sərf etmir"
Venesuela prezidenti ətrafında baş verən son hadisələr beynəlxalq siyasətdə güc balansı, dövlət suverenliyi və beynəlxalq hüququn real vəziyyəti ilə bağlı ciddi suallar doğurur.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Venesuela prezidenti ətrafında baş verən qalmaqallı hadisələrlə bağlı müsahibə verib. Publika.az müsahibəni təqdim edir:
- Qüdrət bəy, Venesuela prezidentinin oğurlanmasını necə qarşıladınız?
- Bu ilk növbədə Venesuelada dövlət institutlarını qorumalı olan strukturların nə qədər zəif olmasını göstərdi. Dövlət mafiya prinsipləri ilə idarə olunanda belə olur. Kənardan daha güclü biri ortaya çıxanda tərəfdarları dərhal onu satır, həmin yeri tutmaq üçün güclüyə öz xidmətlərini təklif edirlər.
İkincisi, bu hadisə göstərdi ki, beynəlxalq hüquq deyilən bir şey qalmayıb. Kim güclüdürsə, istədiyini milli maraqlar adı altında həyata keçirir.
Başqa bir məsələ isə ondan ibarətdir ki, cinayət törədən dövlət başçılarını da məsuliyyətə cəlb etmək yolu yoxdur. Əgər ABŞ-nin dediyi kimi Maduro ABŞ-yə narkotika ixracı ilə məşğuldursa, BMT Təhlükəsizlik Şurasında Venesuella əleyhinə qərar qəbul etdirə bilərdimi? Əlbəttə ki, yox. Nə Rusiya, nə Çin buna imkan verərdi.
Ona görə BMT-də ciddi islahatlar aparılmalı, böyük nüvə dövlətlərinin veto hüququ aradan qaldırılmalı, Təhlükəsizlik Şurasında qərarlar 3/4 – dörddə üç səs çoxluğu ilə qəbul olunmalıdır.
- ABŞ-də çoxları Rusiyanı işğalçı dövlət kimi qınadığı bir vaxtda ABŞ niyə bunu etdi?
- Çünki bunu itkilərsiz, yaxud az itkilərlə həyata keçirməyin mümkünlüyünə əmin olublar. İkincisi, Venesuela neftlə zəngin ölkədir.
Ən başlıcası isə ABŞ Əfqanıstandan qaçandan və Rusiya Ukrayna müharibəsindəki zəifliyi açıq-aşkar üzə çıxandan sonra ona kiçik də olsa qələbə lazım idi. Trampın güclü lider obrazı dağılırdı.
Maduronun tutulması Nyu-York meri Mamdaninin andiçmə gününə təsadüf etdi və bu, Mamdaninin inaqurasiya mərasiminin ABŞ-də böyük siyasi hadisəyə çevrilməsinin qarşısını aldı.
- Maduronun həbsi ilə əlaqədar Rusiya ilə bir anlaşma ola bilərdimi?
- Siyasətdə heç nəyi inkar etmək olmaz. Trampla Putin o qədər yaxındırlar ki, belə bir müzakirənin olmasını istisna etmirəm. Baxmayaraq ki, mətbuat konfransında Tramp bunu inkar etdi.
Putin Trampın nüfuzunun qalxması və daha güclü görünməsi üçün hər şeyə gedə bilər, çünki Ukrayna müharibəsində qalib gəlməsi üçün onun dəstəyinə ehtiyacı var.
- Venesuelada demokratik, hüquqi dövlət qurmaq mümkün olacaqmı?
- Bunu ABŞ və daha çox Venesuela xalqı istəməlidir. Demokratik Venesuela ABŞ-yə o qədər də sərf etmir. Bir şəxsə istədiyini qəbul etdirmək çox asandır, nəinki bir xalqa.
Bundan başqa, gənclərin böyük bir kəsimi kriminal qruplaşmaların fəaliyyətinə cəlb olunub, cəmiyyətdə böyük aşınma baş verib, ali dəyərlər demək olar ki, ölüb. Bu baxımdan Venesuelada demokratik cəmiyyət qurmaq asan olmayacaq.Moderator.az
-
ABŞ01:41ABŞ “Gecə Ovçuları”ndan sonra xüsusi helikopterləri də GÖNDƏRDİ
-
Dünya00:30Maduronun xanımına görə qadınlar AYAĞA QALXDILAR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük uğurlar qazanacaqsınız
-
Sosial6 Yanvar 23:00Dəm qazından boğulub ölən Şükranın FOTOSU
-
MDB6 Yanvar 22:12Qardaş ölkədən ÜZÜCÜ XƏBƏR - 15-ə yaxın xəsarət alan var
-
Sosial6 Yanvar 21:36Dubaydakı dəbdəbəli toyun sahibi bu deputatın qardaşı imiş - VİDEO
-
Magazin26 Yanvar 21:00“Eşref Rüya” izləyicilərinə PİS XƏBƏR
-
ABŞ6 Yanvar 20:36"Lənət şeytana, pressinq et" - Alonso ona qışqırıb


































.jpg)
