Nida Xəbər
Leyla Əliyeva Maskatda Omanın birinci xanımı ilə görüşdü - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskat şəhərində Oman Sultanlığının birinci xanımı Ülyahəzrət Sayyida Ahad bint Abdullah bin Hamad Al Busaidiyah ilə görüşüb.
Publika.az xəbər verir ki, Leyla Əliyevanı Omanda görməkdən məmnunluğunu bildirən Sayyida Ahad bint Abdullah bin Hamad Al Busaidiyah onun ictimai fəaliyyətinin Azərbaycanla yanaşı, bir çox ölkələrdə, o cümlədən Körfəzin ərəb ölkələrində yüksək qiymətləndirildiyini vurğulayıb.
Omanın birinci xanımı Heydər Əliyev Fondunun vitse-prezidentinin ətraf mühitə, incəsənətə, mədəniyyətə, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyi, xeyriyyə aksiyalarında yaxından iştirakı barədə məlumatlı olduğunu bildirib.
O, həmçinin Azərbaycanda sənətkarlıq, xalçaçılıq, toxuma sənəti barədə də zəngin məlumatının olduğunu deyib.
Bu ölkədə olmağından məmnunluğunu bildirən Leyla Əliyeva görüşə, göstərilən diqqət və qayğıya görə təşəkkürünü ifadə edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Omana ilk dəfə səfər etdiyini vurğulayaraq, bunun ölkələrimizin mədəniyyət, incəsənət, xalçaçılıq, toxuculuq kimi sahələrdə fəaliyyət göstərən qurumları arasında gələcək əlaqələrə təkan verəcəyinə əminliyini bildirib.
Azərbaycanın xalçaçılıq və toxuculuq sahələrində zəngin ənənəsinin olduğunu bildirən Leyla Əliyeva bu xüsusda təcrübə mübadiləsinin önəminə toxunub.
Söhbət zamanı Azərbaycanla Oman arasında qeyd edilən sahələrdə birgə layihələrin işlənib hazırlanması barədə razılıq olunub.
-
Maraq dünyası09:12Ən saxtakar bürclər - Onlara etibar etmək olmaz
-
ABŞ09:00“Yer üzündə cəhənnəm”in YENİ ULDUZU - Məşhur reper Maduro ilə eyni həbsxanaya yerləşdirildi
-
Dünya08:126,4 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Region08:00İranda market yağmalandı, polis həlak oldu - VİDEO
-
Dünya07:47Braziliyada uzunömürlülüyün SİRRİ AÇILDI
-
Magazin106:16Azərbaycanlı aparıcıların bitirdiyi universitetlər və ixtisasları - SİYAHI
-
ABŞ04:44Venesuela ABŞ-a 50 milyon barrelə qədər neft TƏHVİL VERƏCƏK
-
Magazin103:13Tolikin verilişinin adından müğənnilərə qarşı DƏLƏDUZLUQ
















.jpg)




















.jpg)
