Nida Xəbər
Ermənistandakı Aİ missiyası bu tarixə qədər Azərbaycanı “güdəcək”
Sülh müqaviləsi nəinki imzalanana, həm də təsdiqlənənə qədər işimizi davam etdirməyə, sərhəddə patrul xidmətini davam etdirməyə və hadisələr barədə məlumat verməyə razılaşdıq. Hələlik başqa müzakirələr aparılmayıb.
Publika.az xəbər verir ki, bunu Ermənistandakı missiyasını başa vuran Avropa Birliyinin Ermənistandakı Mülki Monitorinq Missiyasının (EUMA) rəhbəri Markus Ritter jurnalistlərlə söhbətində bildirib.
Sülh müqaviləsinin təsdiqlənməsindən sonra missiyanın TRIPP layihəsində iştirak edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq Ritter bildirib: "Mümkün variantlar barədə danışa bilmərəm; bu, mənimlə müzakirə olunmayıb. Avropa İttifaqı payızda Ermənistan hökuməti ilə gələcək planları müzakirə edəcək, lakin bu məsələ hələ müzakirə olunmayıb".
O, Ermənistana gələndə sərhəddə ciddi gərginlik olduğunu, atışmaların baş verdiyini və hətta hərbçilərin öldürüldüyünü bildirib.
"Bu, olduqca çətin bir dövr idi. O günlərdə sərhəd yaxınlığında yaşayan əhali yaxın gələcəkdə yeni və açıq münaqişədən qorxurdu. Amma bu baş vermədi. Buna görə də deyə bilərəm ki, missiya öz bəhrəsini verdi. İndi hər şey sakitdir və bu, münaqişənin hər iki tərəfinə bir-biri ilə danışmaq və qalan məsələləri həll etməyə çalışmaq üçün vaxt və fürsət verir.
Missiya əvvəlcə 40 nəfərdən ibarət idi, indi isə 210 nəfərdir. Bizi kifayət qədər yaxşı qarşıladılar və yerli hakimiyyət orqanları ilə yaxşı əməkdaşlıq qurduq. Düşünürəm ki, missiya uğurlu olub və bu, təkcə mənim şəxsi uğur hekayəm deyil, həm də Ermənistanın uğur hekayəsidir”, - deyə Ritter yekunlaşdırıb.
Tural
-
Qoroskop01:40Günün ulduz falı: Yeni qazanc qapısı görünəcək
-
İdman6 Mart 23:15Bekhem Ağ Evə buna görə getməyib: Onu Trampdan üstün tutub
-
Nida Xəbər 6 Mart 22:02SEPAH-ın Bakıda qanlı terror planı: Şəhərin bu ərazilərində... - Video
-
İdman6 Mart 20:46Ağ Ev Trampla Messinin elə bir fotosunu paylaşdı ki…
-
İnanc6 Mart 20:00Ramazanın 17-ci gününün duası - İftar və imsak vaxtları
-
Magazin16 Mart 18:40Azərbaycanı "Avroviziya 2026"da kimin təmsil edəcəyi bilindi
-
Ekologiya6 Mart 18:30Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
-
Nida Xəbər 6 Mart 18:15İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı









.jpg)























