Nida Xəbər
Serbiyanın "Politika" qəzetində Ağdam haqqında məqalə dərc olundu
Serbiyanın "Politika" ictima-siyasi qəzetində Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhəri haqqında məqalə dərc olunub.
Publika.az "Report"a istinadən xəbər verir ki, "Kranlar və minalar arasında – Qafqazın Xirosiması" başlıqlı reportajda əsasən Ağdamdan bəhs olunur.
Reportajda Ağdamın işğaldan əvvəlki vəziyyəti, əhalisinin sayı, Ermənistanın işğalı dövründə xarabalıqlara çevrilərək, "ruhlar şəhəri" adlandırılması və işğaldan azad edildikdən sonra Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa quruculuq işlərindən bəhs olunub.
Bildirilib ki, Ağdam vaxtilə Qarabağ bölgəsinin canlı və inkişaf edən şəhərlərindən biri olub. Birinci Qarabağ müharibəsi zamanı şəhər Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçib, azərbaycanlı əhali isə oranı tərk etməyə məcbur olub.
Reportajda daha sonra isə otuz ilə yaxın işğal dövründə Ağdamın infrastruktursuz, dağıdılmış və yaşayışsız vəziyyətdə olmasına diqqət çəkilib.
Bərpa-quruculuq mərhələsinə keçdiksə isə vurğulanıb ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini azad etdikdən sonra regionun yenidən qurulması və məskunlaşdırılması prosesinə başlayıb. Bu çərçivədə Bakı ilə Ağdam arasında dəmir yolu əlaqəsi yenidən istifadəyə verilib.
Diqqətə çatdırılıb ki, şəhərdə yağışlı havaya baxmayaraq, hər tərəfdə ağır tikinti texnikası və kranlar görünür. Uzun illər ərzində "Qafqazın Xirosima"sı adlandırılan şəhər indi xarabalıqlardan qurtulur və yenidən qurulur. Bərpa prosesi isə yolların, elektrik və su xətlərinin, məktəblərin, xəstəxanaların və yaşayış binalarının tikintisini əhatə edir.
Qeyd olunur ki, hökumət öz yurduna qayıdan əhaliyə yeni mənzillər, iş imkanları təqdim edir, sənaye zonalarının və sosial obyektlərin yaradılması planlaşdırılır. Şəhərin mərkəzində artıq müasir binalar ucaldılır. Həmçinin uzun illər Bakıda oynamağa məcbur qalmış "Qarabağ" futbol klubunun stadionunun da bərpası planlaşdırılır.
Lakin quruculuq işlərinin önəmi göstərilməklə yanaşı, bərpa prosesinə müəyyən qədər mane olan amin - mina problemi də müəllifin diqqətindən qaçmayıb. O bildirib ki, münaqişə illərində ərazilərdə çoxlu sayda mina basdırılıb və bu, yenidənqurma prosesini çətinləşdirir. Ərazilərin minalardan təmizlənməsi vaxt aparan və təhlükəli prosesdir və bunun tam başa çatdırılması üçün uzun illər lazım ola bilər.
Müəllif yazır ki, Ağdam bu gün həm böyük tikinti meydançasını, həm də təhlükəli mina sahələrini xatırladır, kranlar və minalar arasında həyat tədricən bu əraziyə qayıdır və bir vaxtlar "Qafqazın Xirosima"sı adlandırılan şəhər yeni mərhələyə qədəm qoyur.
-
Nida Təhlil 15 Fevral 23:15Emin Hüseynovun qadın paltarında qaçışını kimlər təşkil etmişdi? - Detallar
-
İdman15 Fevral 22:20Messinin sevgililər günündə Antonellaya nə hədiyyə etdiyi bəlli oldu
-
Magazin115 Fevral 20:56Bu dəlilərin əlindən sosial şəbəkəyə girə bilmirəm - Nadir əsəbləşdi
-
Kriminal15 Fevral 19:48Azərbaycanda dəhşətli olay: 46 yaşlı kişinin üzərinə spirt töküb od vurdu
-
Nida Xəbər 15 Fevral 16:20İlham Əliyevlə Aleksandar Vuçiç arasında təkbətək görüş keçirilib
-
Nida Xəbər 15 Fevral 16:10Prezident Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi - Fotolar
-
MDB15 Fevral 13:45İndoneziyalı siyasətçilər və iş adamları Putini qəhrəman sayırlar
-
MDB15 Fevral 13:34Rusiyada dəhşət - Kilsəyə girib qarşısına çıxanları bıçaqladı






.jpg)























.jpg)





