Nida Xəbər
Sərhədin delimitasiyası: Növbəti görüş Ermənistanda baş tutacaq?
Sərhədin delimitasiyası üzrə komissiyaların növbəti görüşü yaxın vaxtlarda Ermənistanda keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə azərbaycanlı ekspertlərlə keçirilən dəyirmi masada iştirak edən “Armenian Council” analitik mərkəzinin nümayəndəsi Narek Minasyan müzakirələrin yekunu ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.
Fevralın 13-14-də Ermənistanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində ikitərəfli dəyirmi masa təşkil olunub. Görüşdə Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.
“Əvvəlki görüşün Azərbaycanda keçirildiyini nəzərə alsaq, növbəti iclasın böyük ehtimalla Ermənistanda baş tutacağı gözlənilir”, - deyə o bildirib.
Xatırladaq ki, 28 noyabr 2025-ci il tarixində Qəbələdə Azərbaycan və Ermənistanın baş nazir müavinləri - Şahin Mustafayev və Mqer Qriqoryanın həmsədrliyi ilə sərhədin delimitasiyası üzrə komissiyaların 12-ci iclası keçirilib.
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar


































