Nida Xəbər
Vüqar Qurbanovla bağlı qərarı onlar verib - SİYAHI
Xəbər verdiyimiz kimi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad olunub. Bununla bağlı qurumun Müşahidə Şurası qərar qəbul edib.
Publika.az “Yeni Sabah”a istinadən TƏBİB-in rəhbəri ilə bağlı qərar qəbul etmək səlahiyyəti olan Müşahidə Şurası barədə məlumatı təqdim edir.
Əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti 13 may 2022-ci il tarixində Fərman imzalamışdır. Fərmana əsasən TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər 4 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.
TƏBİB-in Müşahidə Şurası
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar


































