Nida Xəbər
“Azərsüd” mükafat qazandı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda Forum keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Baş nazirinin müavini Samir Şərifov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli və digər dövlət rəsmiləri çıxışlar edərək 2025-ci ildə əldə olunmuş nəticələr, ölkəmizin dayanıqlı inkişafı istiqamətində atılan addımlar barədə fikirlərini bölüşüblər.
Forum çərçivəsində Azərbaycanın ən sevilən markalarından olan “Azərsüd” təltif edilib. Adıçəkilən brend “Regionlar üzrə vergi rekordçusu” nominasiya üzrə mükafat qazanıb.
Qeyd edək ki, 2013-cü ildə “Azərsun Holdinq” tərəfindən Kürdəmir Süd Emalı Zavodu adı altında istismara verilən müəssisə regionların iqtisadi inkişafında mühüm rol oynayır. Ölkənin ərzaq təhlükəsizliyi və əhalinin yüksək keyfiyyətli süd məhsulları ilə təminində böyük rol oynamaqla yanaşı, məşğulluğunun təmin edilməsi, sosial-rifah halının yüksəlməsinə töhfələr vermiş zavod daha öncədə müxtəlif mükafat və sertifikatlarla təltif edilib.
-
ABŞ02:18ABŞ helikopteri qəza enişi etdi - İtkin düşən və yaralananlar var
-
Qoroskop01:40Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq
-
Rəsmi xronika1 İyul 23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Kriminal1 İyul 22:18İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır
-
Region1 İyul 21:13Türkiyəyə yenə PUA atıldı - Bu ölkəyə məxsusdur
-
Magazin21 İyul 20:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Magazin21 İyul 19:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək
-
Kriminal1 İyul 19:00Sevgilisinin yeni həyat vədinə aldanan azərbaycanlı qızın meyiti tapıldı - Foto







.jpg)




























