İdman
DÇ-2026: İngiltərə 1/8 finalda - Video/Yeniləndi
Futbol üzrə dünya çempionatında İngiltərə Konqo Demokratik Respublikası millisinə qalib gəlib.
Publika.az xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar 2:1 hesablı qələbəyə seviniblər.
Görüşdə hesabı Konqo açıb. 7-ci dəqiqədə Brian Sipenqa dəqiq zərbə müəllifi olub. Lakin ikinci hissədə güc toplayan ingilislər 75 və 86-cı dəqiqədələrdə Harri Heynin vurduğu qollar sayəsində qalib gəliblər.
Bu qalibiyyət sayəsində İngiltərə seçməsi 1/8 finalda Meksika ilə qarşılaşacaq.
***
Futbol üzrə dünya çempionatının İngiltərə - Konqo Demokratik Respublikası oyunu başlayıb.
Publika.az xəbər verir ki, 1/16 final mərhələsinin matçı Atlanta stadionunda keçirilir.
Canlı yayımı buradan izləyə bilərsiniz.
Qeyd edək ki, komandalar görüşə aşağıdakı tərkibdə çıxıblar:
İngiltərə: 1 Jordan Pikford, 2 Ezri Konsa, 3 Niko O'Raylli, 6 Mark Qehi, 25 Ced Spens, 4 Deklan Rays, 8 Elliot Anderson, 10 Cud Belliqgem, 9 Harri Keyn, 11 Markus Reşford, 20 Noni Madueke.
Ehtiyat oyunçular: 13 Din Henderson, 23 Ceyms Trafford, 5 Con Stounz, 12 Trevo Çaloba, 15 Den Bern, 24 Ris Ceyms, 26 Carel Kuansa, 14 Jordan Henderson, 16 Kobbi Maynu, 17 Morqan Rocers, 21 Ebereçi Eze, 7 Bukayo Saka, 18 Entoni Qordon, 19 Olli Uotkins, 22 Ayven Touni.
Konqo: 1 Lionel Mpasi, 2 Aaron Van-Bissaka, 4 Aksel Tuanzebe, 22 Şansel Mbemba, 26 Artur Masuaku, 6 Nqalayel Mukau, 7 Natanael Mbuku, 8 Samuel Mutussami, 14 Noa Sadiki, 9 Brayan Sipenqa, 20 Yoan Visa.
Ehtiyat oyunçular: 16 Timoti Fayulu, 21 Matye Epolo, 3 Stiv Kapuadi, 5 Dilan Batubinsika, 12 Joris Kayembe, 24 Gedeon Kalulu, 10 Teo Bonqonda, 15 Aaron Tşibola, 18 Şarl Pikel, 25 Edo Kayembe, 11 Qael Kakuta, 13 Meşak Elia, 17 Sedrik Bakambu, 19 Fiston Mayele, 23 Simon Banza.
-
Dünya15:43Batumidən qalxdı, Türkiyə sahillərində dənizə endi - Təyyarədən xəbər yoxdur
-
Sosial15:14Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTO
-
Rəsmi xronika15:11İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb
-
Region15:08Ermənistanın dövlət borcu açıqlandı - Fantastik məbləğ
-
İKT12:12İnsanlığı məhv edəcək - Daha bir məşhur süni intellekt tədqiqatçısı sektoru tərk etdi
-
Nida Xəbər 11:30Pərvin Mirzəzadəyə yüksək vəzifə verildi
-
Sağlamlıq10:12İlan qanından "kokteyl” hazırlandı: Kim içsə... - MÖCÜZƏ
-
Nida Xəbər 09:51Mehriban Əliyeva paylaşım etdi - FOTO

















.webp)













.png)




