Nida Xəbər
Bakı dialoq və əməkdaşlıq mərkəzi kimi əhəmiyyətini artırır - XİN
Azərbaycan çoxtərəfli diplomatiya və əməkdaşlığın ən böyük dəstəkçilərindən biri olaraq, Qlobal Cənubun fəal üzvü qismində bu istiqamətdə töhfələr verməyə hər zaman sadiqdir.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Günü ilə bağlı bəyanatında deyilir.
Bildirilib ki, son illərdə ölkəmizin çoxtərəfli diplomatiya və əməkdaşlıq müstəvisində əldə etdiyi çoxsaylı nailiyyətlər sırasında Qoşulmama Hərəkatı (NAM), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Quruculuğu Tədbirləri üzrə Müşavirə (CICA), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC) kimi mühüm təsisatlara uğurlu sədrlikləri qeyd edilə bilər.
"2026-cı il ərzində Ümumdünya Şəhərsalma Forumu (WUF13), İslam İnkişaf Bankının 10 illiyinə həsr olunmuş toplantı, Dünya Ətraf Mühit Günü (WED26), CICA dövlət və hökumət başçılarının zirvə görüşü kimi beynəlxalq əhəmiyyətli tədbirlərə ölkəmizin ev sahibliyi etməsi bir daha çoxtərəfli diplomatiya və əməkdaşlığa verilən önəmə və beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi Azərbaycanın artan nüfuzuna dəlalət edir.
Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi və ev sahibliyi çoxtərəfli diplomatiya tarixinə ən uğurlu tədbirlərdən biri kimi həkk olunub. Azərbaycan COP29-da əldə edilmiş tarixi əhəmiyyətli razılaşmaların icrası və irəlilədilməsi, eləcə də xarici siyasətimizdə aktiv sahələrdən birinə çevrilən dayanıqlı inkişaf və iqlim diplomatiyasına töhfələrini davam etdirməkdədir. 2026-cı ildə ölkəmizin ilk dəfə Regional İqlim Həftəsinə ev sahibliyi etməsi nəzərdə tutulur", - bəyanatda vurğulanıb.
Eyni zamanda, Bakı şəhərinin çoxtərəfli diplomatiya, dialoq və əməkdaşlıq üçün önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır. Yalnız son bir neçə il ərzində Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil qərargahı və İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi kimi sturkturların Bakıda yerləşməsi haqqında qərarlar verilib. Buna əlavə olaraq, cari ilin aprelində İstanbulda keçirilmiş konfrans zamanı Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin mənzil qərargahının da Bakıda təsis edilməsinə dair tarixi qərar qəbul edilib.
Azərbaycan həmçinin beynəlxalq təşkilatlarda ədalətli coğrafi təmsilçiliyin tərəfdarıdır. Bu istiqamətdə prinsipial mövqe sərgiləməklə yanaşı, Azərbaycan Respublikası və vətəndaşlarının beynəlxalq təşkilatların seçkili orqanlarında təmsilçiliyinə xüsusi önəm verilir. Yalnız 2025-ci ildə 14 mühüm beynəlxalq qurumlara namizədliyimiz üzrə uğurlu nəticə təmin edilib.
Azərbaycan çoxtərəfli diplomatiya və formatlarda aktiv iştirakı ilə həm beynəlxalq, həm də regional müstəvidə sülh, təhlükəsizlik və rifaha töhfə verməyə bundan sonra da davam edəcəkdir.
Qeyd edək ki, 24 aprel Sülh naminə Beynəlxalq Çoxtərəflilik və Diplomatiya Günü kimi qeyd olunur
-
ABŞ14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?
-
Avropa14:28Makron adada bəyan etdi: Siyasətdən gedir
-
Rəsmi xronika13:40İlham Əliyev fərman imzaladı
-
ABŞ13:17ABŞ İrana qarşı yeni müharibəyə başlayacaq - Hədəfdə onlardır
-
Dünya12:50İçdikcə buzlar əriyib: Lavrovla Moteqi araq masasında nəyi həll ediblər?
-
Rəsmi xronika12:28Prezident Samir Şərifova yeni vəzifə verdi
-
Rəsmi xronika12:17İlham Əliyev sərəncam imzaladı
-
Dünya11:50Avropa liderləri bu ölkədə toplandı: Ərəblər də gəldi - Nələr müzakirə olunur?








































