Nida Xəbər
Zakir Fərəcov vətəndaş qəbulu keçirdi - FOTO
Sumqayıt şəhərində vətəndaşlarla birbaşa ünsiyyətin daha da gücləndirilməsi məqsədilə növbəti səyyar qəbul keçirilib.
Publika.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun iştirakı ilə baş tutan görüşdə şəhər rəhbərliyi ilə yanaşı, aidiyyəti qurumların nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və sakinlər iştirak ediblər.
Şəhərin 18-ci mikrorayon ərazisində keçirilən səyyar qəbulda vətəndaşların müraciətləri fərdi qaydada dinlənilib, onların irəli sürdükləri təklif və problemlər diqqətlə nəzərdən keçirilib. Qaldırılan məsələlər əsasən sosial sahəni, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, məşğulluq imkanlarının genişləndirilməsini, eləcə də şəhər təsərrüfatına dair müxtəlif istiqamətləri əhatə edib. Bir sıra müraciətlər yerində araşdırılaraq operativ şəkildə müsbət həllini tapıb.
Əlavə araşdırma tələb edən məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb, onların həlli ilə bağlı müvafiq qurum rəhbərlərinə konkret tapşırıqlar verilib. Şəhər rəhbəri çıxışında vətəndaşların müraciətlərinə qanunvericiliyin tələblərinə uyğun, şəffaf və operativ yanaşmanın vacibliyini xüsusi vurğulayıb.
Bildirilib ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən əhali ilə birbaşa təmasların genişləndirilməsi, müraciətlərə həssas münasibətin təmin olunması və mövcud problemlərin yerində öyrənilərək aradan qaldırılması məqsədilə səyyar qəbullar mütəmadi olaraq davam etdirilir. Bu cür görüşlər şəhərdə sosial rifahın yüksəldilməsinə, vətəndaş məmnunluğunun artırılmasına və problemlərin daha çevik həllinə mühüm töhfə verir.
-
Qoroskop07:35Avqustda 4 bürcə pul gələcək
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...






















.jpg)


.jpg)

.jpg)














